Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2021

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Mədəniyyət naziri İCCROM-un icraçı direktoru ilə işğaldan azad olunmuş ərazilərdə abidələrin bərpasını müzakirə edib


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfəri çərçivəsində Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) icraçı direktoru Ebber Ndoro ilə görüşüb.

Görüşdə nazir Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımıza məxsus maddi mədəni irs nümunələrini vandalizmə məruz qoyduğunu, mənimsədiyini İCCROM rəhbərinin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə geniş, bərpa və yenidənqurma işləri həyata keçirir.

Anar Kərimov bu prosesdə Mədəniyyət Nazirliyinin üzərinə düşən işlər haqqında məlumat verib. Qeyd edib ki, azad olunmuş ərazilərdə nazirlik tərəfindən inventarlaşma, tarixi-mədəniyyət abidələrinin əvvəlki və indiki vəziyyətinin müqayisəsi aparılıb. Artıq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində mədəni quruculuq işlərinə başlanılıb. Nazir tarixi abidələrin bərpası prosesində İCCROM-un dəstəyinə ehtiyac duyulduğunu da E.Ndoronun diqqətinə çatdırıb.

İCCROM-un rəhbəri 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirakı ilə bağlı öz təəssüratlarını bölüşüb. Bildirib ki, İCCROM ilə Azərbaycan tərəfinin razılığına əsasən, daha öncə bərpa və restavrasiya ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınıb.

Görüşdə həmin təlimlərin bərpası, bununla bağlı kurslar üzrə qrupların formalaşdırılması, onlayn treninqin keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə mədəniyyət abidələrinin bərpası ilə bağlı canlı kursların və təlimlərin təşkili, interaktiv diskussiyaların reallaşdırılması və bütün bunlar üçün texniki komissiyanın yaradılması və s. məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb. Eyni zamanda İCCROM-un iştirakı ilə Azərbaycanda regional təlim mərkəzlərinin yaradılması da müzakirə edilib.

16.09.2021

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası