Daşkənddə ötən əsrin əvvəllərində Türkistanda aclıq, böhranlı vəziyyət, istiqlalçılıq mövzusunda yazılan kitabın təqdimatı olub.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Abdulla Qadiri Ev Muzeyində böyük yazıçının nəvəsi, alim Xandamir Qadirinin tərtib etdiyi "Туркистонда очарчилик, қаюатчилик, ют: Türküstanda aclıq, qıtlıq" kitabının təqdimatı keçirilib.
Tədbirdə Özbəkistanın tanınmış alimləri, ədəbiyyatşünasları, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, jurnalistlər iştirak ediblər.
Kitabda XIX əsrin sonlarında Türkistan bölgəsində nəşr olunan qəzetlərdə hələ də elmə məlum olmayan aclıqdan, böhranlı vəziyyətdən, istiqlalçılıqdan bəhs edən məqalələr toplanmış, Çar Rusiyası və bolşeviklərin hakimiyyəti dövründə Türkistan insanının məşəqqətli həyatı, cədidçilik-maarifçilik hərəkatı, Türkistan və Cənubi Qafqaz, Azərbaycan arasında əlaqələr öz əksini tapıb.
Tədbirdə çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının professoru, tarix elmləri doktoru Qəhrəman Rəcəbov kitabın əhəmiyyəti haqqında danışaraq, kitabda verilən məqalələrin ictimaiyyətə ilk dəfə olaraq açıldığını, əksər materialların isə arxivlərdən əldə edildiyini qeyd edib. O, bir çox materialların isə qardaş Azərbaycan üçün də mühüm olduğunu, Azərbaycana dair maraqlı mənbələrin kitabda yer aldığını söyləyib.
Filologiya elmləri doktoru Bahodir Karimov ötən əsrin əvvəllərində Türkistanda baş verən hadisələr, aclıq-qıtlıq, millətin ziyalılarının cədidçilik hərəkatı, milli istiqlal məfkurəsinin yaranması və inkişafı barədə məlumat vermiş, Sovet dövründə bolşeviklər tərəfindən həyata keçirilən siyasət nəticəsində çoxsaylı ziyalılarımızın repressiya qurbanı olduğunu vurğulayıb.
Azərbaycandan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev ötən əsrin əvvəllərində Türkistan və Azərbaycanda baş verən hadisələr, repressiya qurbanları haqqında danışaraq, erməni daşnaklarının Azərbaycan ərazilərinə təcavüzü və işğalçılıq siyasəti haqqında fikirlərini bölüşüb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımızın dili, mədəniyyəti, adət və ənənələrinin yaxın olduğu kimi, tarixinin və taleyinin də olduqca oxşar olduğunu qeyd edib. O, Abdulla Qadiri, Çolpan, Fitrət, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz İldırım və başqa ziyalılarımızın, maarifçilərimizin fəaliyyətini qeyd edərək, məhz, onların xidmətləri sayəsində xalqımızda milli kimlik, milli düşüncə hisləri formalaşdı, milli şüur oyandı və gələcəkdə neçə-neçə ziyalılar nəsli yarandı.
Türkistanda, Cənubi Qafqazda, Anadoluda erməni daşnaklarının yerli əhaliyə qarşı həyata keçirdiləri soyqırımlar, qətliamlar haqqında danışan Samir Abbasov bu qətliamların əsas səbəbi Türklərə qarşı ermənilərin ərazi iddialarının olması kimi səciyələndirmişdir. Diplomat rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan və Türkistanda baş verən hadisələr, erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi qətliamlar, repressiya qurbanları olan xalqımızın fədakar ziyalıları, onların fəaliyyətinə dair layihələrə, araşdırmalara start verildiyini və bu istiqamətdə tədqiqat əsərlərinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən dəstəklənəcəyini elan edib.
Kitabın müəllifi Abdully Qodiriy ev muzeyinin direktoru, alim Xondamir Qodiriy təqdimat mərasimində çıxış edərək tədqiq etdiyi mövzunun əhəmiyyəti, Türkistanda aclıq, böhranlı vəziyyət, xalqlarımızın ziyalı, qəhrəman övladlarının müstəsna xidmətləri, milli istiqlalçılıq ideyaları haqqında fikirlərini bölüşdü. O, baş verən bütün bu hadisələrin Azərbaycanla bağlılığını qeyd etdi və gələcəkdə bu istiqamətdə yeni tədqiqat əsərinin yaradılmasının əhəmiyyətli olduğunu vurğuladı.
Sonda Daşkənd Şərqşünaslıq Universitetinin tələbələrinin “Vətən” kompozisiyası layihəsində şeirlər təqdim olunub.
Özbəkistanın tanınmış muğam ustalarının çıxışı isə böyük maraqla qarşılanıb.
05.10.2021