XƏBƏRLƏR 2021
Azərbaycanda keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin stendi açılıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr olunan kitablar Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisində də təqdim olunur.
Azərbaycan Mədəniyyət Mərkəzinin stendi ilə Azərbaycan Respublikasının Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Amrullayev və digər rəsmi şəxslər tanış olublar.
Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2014-cü ildən Özbəkistanda nəşr edilən Özbək və Azərbaycan dillərində, habelə ikidilli nəşrləri nümayiş etdirilir. Nəşrlər arasında dahi Nizami Gəncəvinin Özbək dilinə tarixdə ilk dəfə olaraq tərcümə olunmuş "Xəmsə" əsəri, Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğəti və danışıq kitabları, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminə dair maraqlı nəşrlər yer alıb.
Qeyd edək ki, Beynəlxalq Kitab Sərgisi Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
07.10.2021