Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Səmərqənd və Bakı alimlərinin elmi əlaqələrinə dair kitab çap edilib.


Daşkənddəki “Renessans press” nəşriyyatında özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Səmərqənd Dövlət Universiteti ilə birgə layihəsi əsasında hazırladığı kitabı Abdurasul Goziyev və Abdixaliq Arziqulov tərtib ediblər.

Kitabda Azərbaycan və Səmərqənd alimlərinin elmi əməkdaşlığından bəhs edilir, bu alimlər haqqında söhbət açılır.

Topluda Azərbaycan alimləri-fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Qoşqar Əhmədov, akademik, AMEA-nın həqiqi üzvü Azad Mirzəcanzadə, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Arif Babayev, fizika-riyaziyyat elmləri doktoru Əmir Həbibzadə, akademik, fizika-riyaziyyat elmləri doktoru Fərəməz Maqsudov, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Yəhya Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ələddin Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor Valeri Salayev, professor Əli Cəfərov, professor Fərhad Tağıyev, fizika-riyaziyyat elmləri doktoru Karlen Xudaverdiyev, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çandirov haqqında məqalələr çap olunub.

Kitabda həmçinin soydaşımız, Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyev və bu universitetin professoru, məhrum azərbaycanlı Yusif Ələskərov haqqında materiallar da yer alıb.

10.01.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası