Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “İpək Yolunun dürdanəsi” adlı Beynəlxalq kinofestivala yekun vurulub.


Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV-cü Daşkənd Beynəlxalq kinofestivalının bağlanışına həsr olunmuş təntənəli tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə beynəlxalq kino tədbirində Azərbaycan tərəfi Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri Özbəkistanın Daşkənd və Buxara şəhərlərində nümayiş etdirib. Sözügedən filmlər festival çərçivəsində keçirilən “Azərbaycan kino günləri“ndə təqdim edilib.

Qeyd edək ki, bağlanış mərasimdə festivalın qonaqları, kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlıları iştirak ediblər.

Çıxış edən Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov qonaqları salamlayaraq, ölkə başçısının təşəbbüsü ilə keçirilən Daşkənd Beynəlxalq kinofestivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini bildirib.

Özbəkistan kinematoqrafiya agentliyinin rəhbəri Firdavs Abduxolikov ölkədə kinematoqrafiyanın inkişafının dövlət başçısının birbaşa diqqətində olduğunu qeyd edib. 1968-ci ildə əsası qoyulmuş Daşkənd Beynəlxalq kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olması Özbəkistanda kino sənətinə göstərilən böyük diqqətin əməli təsdiqi olduğunu vurğulayıb.

Bağlanış mərasimində kinofestival çərçivəsində “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Sözügedən mükafatlar 1-ci yer üçün “Kaset” qısametrajlı filminə görə Temur Murodova (Özbəkistan), 2-ci yer üçün “Torpaq” qısametrajlı filminə görə Nəriman Taktakulova (Qırğızıstan), 3-cü yerə Feliks Kalmensona “Günəşə mahnı” filminə görə təqdim edilib.

Azərbaycanlı gənc kinorejissor Aleksandr Hacıyevskinin “Turan” adlı qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.

Ümumilikdə müsabiqədə dünyanın 19 kino məktəbinin nümayəndəsi olan 1500-dən çox gənc kinorejissor iştirak edib.

Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalı sentyabrın 13-dən 18-dək keçirilib. Kinofestivalda dünyanın 40 ölkəsindən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanada və s. 500-dən çox kinematoqrafçı iştirak edib.

Kinofestivalı çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı filmlər nümayiş etdirdilər.

19.09.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası