Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda 27 sentyabr-Anım Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub və geniş tədbir keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 27 sentyabr – Şəhidlərin Anım Günü ilə bağlı böyük tədbir keçirilib.

Anım Günündə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, tələbələr, jurnalistlər, Azərbaycan diasporunun üzvləri və iş adamları iştirak ediblər.

İştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və Şəhidlər bağındakı abidə kompleksinə gül və çiçəklər qoyublar.

Mədəniyyət Mərkəzinin foyesində 27 sentyabr - Anım Günü ilə bağlı "44 gün: qəhrəmanlıq, zəfər və azadlıq" adlı kitab və foto sərgi iştirakçılara təqdim olunub.

İlk öncə iştirakçılar Vətən müharibəsi şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edib və tədbirdə Şəhidlərin əziz ruhuna quran surəsi və dualar oxunmuşdur.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistan işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin yazdığı qəhrəmanlıq səlnaməsi haqqında danışaraq, 27 sentyabrın xalqımız üçün həm kədərli, həm də fəxr və qürurlu bir tarix olduğunu qeyd edib. O, bu tarixin 30 ilə yaxın Ermənistan işğalı altında olan Vətən torpaqlarının azadlığına gedən yolun başlanğıcı olduğunu söyləyib.

Diplomat 44 günlük Vətən müharibəsində 3 mindən artıq əsgər və zabitlərimiz Vətən uğrunda şəhid olmaqla bir azadlıq və zəfər dastanı yazdıqlarını bildirib.

Samir Abbasov Ermənistanın bütün beynəlxalq prinsipləri pozaraq suveren Azərbaycan dövlətinin ərazisini işğal etdiyini, zəbt etdiyi ərazilərdə isə böyük vəhşiliklər törətdiyini qeyd edərək, zəbt olunmuş ərazilərdə bütün evlərin, infrastrukturun dağıdıldığını, tarixi və dini abidələrin məhv edildiyini bildirib. O, Ali baş komandan, prezident İlham Əliyevin qeyd etdiyi kimi Qarabağ münaqişəsinin artıq bitdiyini və regionda sülh və stabilliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana 5 bəndlik sülh müqaviləsi təklifi irəli sürdüyünü vurğulayıb.

Direktor Samir Abbasov Ermənistanın Azərbaycanla sərhəddə son təxribatlarının işğaldan azad edilən torpaqlarımızda Azərbaycan tərəfinin apardığı quruculuq işləri, qaçqınların öz Vətənlərinə qayıtması, geniş infrastruktur layihələrinin reallaşdırılması işinə maneçilik yaratması və sülh müqaviləsini ləngitməyə hesablandığını qeyd edib.

Çıxış edən digər natiqlər Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə, alim Rano Kadırova, Özbək jurnalistlər Şərafəddin Tulaqanov, Xosiyat Rüstəm, Firuza Najmiddinova və başqaları Ermənistanın işğalçılıq siyasətinin regionda yaratdığı faciələr, humanitar fəlakət, Azərbaycanın 10 minlərlə şəhər və kəndlərinin yer üzündən silinməsi, tarixi abidələrin dağıdılması, ərazilərin minalanması, bir milyona yaxın azərbaycanlının 30 ilə yaxın qaçqınlıq həyatı yaşamasına Ermənistanın bir dövlət olaraq məsuliyyət daşıdığını və cavab verməli olduğunu bildiriblər.

Çıxış edənlər müharibə dövründə Azərbaycan ordusundan fərqli olaraq, Ermənistan ordusunun ölkəmizin Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məskənlərini, mülki əhalisini böyük dağıdıcı raketlərlə atəşə tutmaqda dinc əhalini qətlə yetirməkdə, beynəlxalq konvensiyalara zidd olaraq müharibə cinayətləri törətdiyini bildiriblər.

Sonra iştirakçılara 44 günlük Vətən müharibəsinə aid Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan videomaterial nümayiş etdirildi.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələri Azərbaycan şəhidlərinə həsr olunmuş şeir kompozisiyasını təqdim ediblər.

27.09.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası