XƏBƏRLƏR 2022
Bakıda Xurşidbanu Natəvanın əsərlərinin özbək dilində kitabı təqdim olundu.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcümə olunmuş kitabı nəşr edilmiş və Bakı şəhərində keçirilən 8-ci Beynəlxalq Kitab Sərgisində təqdimat mərasimi keçirilmişdir. Kitab Özbək şairə Şəhla Qasımova tərəfindən özbək dilinə tərcümə edilmişdir.
Təqdimat mərasiminə Azərbaycan və Özbəkistan ədəbiyyat nümayəndələri, sərgi iştirakçıları qoşulmuşdular.
Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov, özbək şairə Xosiyat Rüstəm çıxış etmişlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin stendi təşkil edilib. Stenddə Azərbaycana dair Özbək dilinə tərcümə edilmiş nəşrlər sərgilənir.
Nəşrdə Xurşidbanu Natəvanın əsərləri həm Azərbaycan dilində, həm də Özbək dilində təqdim olunur. Bundan başqa, şairənin irsi, əl işləri, çəkdikləri rəsmlər kitabda öz əksini tapmışdır.
Kitaba akademik Rafael Hüseynov ön söz yazmışdır. Kitab Şuşa ili münasibətilə nəşr edilmiş və Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdim olunmuşdur.
06.10.2022