Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

“Hophopnamə”nin özbəkcə nəşrinin təqdimatı keçirilib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin Özbəkistanda çap olunan “Hophopnamə”sinin təqdimatı keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində reallaşıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, bu nəşr Mərkəz tərəfindən Özbəkistanın bütün kitabxanalarına, universitetlərinə, tədqiqat müəssisələrinə əvəzsiz olaraq veriləcək.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrdən danışıb: “Son illər Azərbaycan-Özbəkistan əlaqələri yeni mərhələdə inkişaf edir. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişaf etdirilməsinə Özbəkistanın ölkəmizdəki və Azərbaycan Respublikasının Özbəkistandakı səfirlikləri və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çox böyük dəstək verir. Samir Abbasovun təşəbbüskarlığı sayəsində Azərbaycan ədəbiyyatının yüzdən çox nümunəsi özbək dilinə tərcümə olunub və çap edilib. Yeni çap olunan əsərlərdən biri Mirzə Ələkbər Sabirin “Hophopnamə”si, biri də Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsidir”.

Tədbirdə Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm və Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli çıxışlarında nəşrin əhəmiyyətindən bəhs ediblər.

08.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası