Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda tanınmış azərbaycanlı maarifçisi,
pedaqoq Seyid Rza Əlizadənin 135 illiyi geniş qeyd olunub.


Özbəkistanda tanınmış azərbaycanlı maarifçi xadim, pedaqoq və naşir Seyid Rza Əlizadənın anadan olmasının 135 illiyi münasibətilə Səmərqənd Dövlət Universitetində “Seyid Rza Əlizadə - redaktor, tərcüməçi, alim və pedaqoq” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə alimlər, Azərbaycan, Pakistan, Tacikistan və İranın elm və təhsil nümayəndələri, Səmərqənd şəhər hakimiyyəti, yerli diaspora təşkilatı, Dövlət Universitetinin elmi ictimaiyyəti, müəllim və tələbələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Səmərqənd Dövlət Universitetinin rektoru Rüstəm Xolmurodov və Səmərqənd Vilayəti Xakim müavini Xurşid Oçilov Səmərqənd vilayət rəhbərinin konfransa təbrik çıxışı ediblər.

Konfransda tanınmış elm xadimi, görkəmli alimin elmi-yaradıcılıq irsindən, maarifçilik və tərcümə sahəsində fəaliyyətindən danışılıb, onun xatirəsinin təkcə Səmərqənd və Türkistanda deyil, bütün Şərqdə əbədiləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təbrik çıxışı edib. Konfransa göndərdiyi təbrik videosunda Samir Abbasov tanınmış azərbaycanlı ədəbiyyatşünas, tərcüməçi və naşir Seyid Rza Əlizadənin öz yaradıcılığı ilə xalqlarımız arasında bir dostluq körpüsünü qurduğunu vurğulayıb.

O, Seyid Rza Əlizadənin Azərbaycan ziyalılarından ilhamlananaraq Səmərqənddə ilk dəfə olaraq yeni tipli məktəb açdığını, məktəblər üçün bir çox təhsil proqramları hazırladığını söyləyərək, onun xalqın maariflənməsində, elm, mədəniyyət və xalq təhsilinin inkişafına böyük töhfələr verməsini fəxrlə qeyd edib.

Samir Abbasov Seyid Rza Əlizadənin tərcüməçilik fəaliyyətinə də nəzər salıb, onun Azərbaycan və dünya ədəbiyyatından bir çox əsərləri tərcümə etdiyini və Türküstanda xalq təhsilinin yaranmasında və inkişafında misilsiz rol oynadığını söyləyib. Diplomat 2018-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənd Dövlət Universitetində "Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi"nin yaradıldığını qeyd edib.

Özbəkistanın Ali Majlis Senatının üzvü Rustəm Murodov çıxış edərək bildirib ki, Səid Rza Əlizadə bütün ömrünü özbək millətinin yeni tərbiyə metodlarını təbliğ etməklə inkişafa və maarifə doğru aparmasına həsr edib.

Tədbirdə Seyid Rza Əlizadənın nəvəsi Fərhad Əlizadə çıxış edərək babasının elmi fəaliyyəti, yaradıcılığı haqqında danışıb. Babasının xatirəsinin bədiləşdirilməsi, habelə keçirilən tədbir, yubiley mərasimlərinə görə Özbəkistan dövlətinə öz təşəkkürünü bildirib.

13.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası