Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Repressiya qurbanları - Hüseyn Cavid və Abdurauf Fitrət: maarifçi ziyalılar və milli-azadlıq carçıları” mövzusunda tədbir keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki Abdulla Qadiri Xatirə muzeyi ilə birgə “Repressiya qurbanları - Hüseyn Cavid və Abdurauf Fitrət: maarifçi ziyalılar və milli-azadlıq carçıları” mövzusunda tədbir keçirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Abdulla Qadiri Muzeyində keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Abdulla Qadiri yaradıcılıq məktəbinin şagirdləri iştirak ediblər.

Muzeyin direktor müavini Mövluda Amonova Azərbaycan və özbək ədibləri Hüseyn Cavid və Abdurauf Fitrətin həyatı və yaradıcılığı haqqında məlumat verib, onların oxşar talelərindən bəhs edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında məmləkətlərimizin elm, mədəniyyət, ədəbiyyatının tərəqqisində, ümumən xalqlarımızın maariflənməsində ziyalılarımızın, cədidçi alimlərimizin rolu haqqında danışıb. O, maarifçi ziyalılarımızın yaradıcılığının insanlarımızın milli kimlik ideyalarının formalaşmasında xüsusi təsir etdiyini qeyd edib.

Samir Abbasov millətlərimizin aparıcı ziyalılarının, o cümlədən Hüseyn Cavid, həm də Abdurauf Fitrətin əsas qayələrinin öz vətənlərini azad görmək olduğunu söyləyib. Diplomat qeyd edib ki, məhz, bu səbəbdən onların hər biri təzyiqlərə, təqiblərə, repressiyalara məruz qaldığını söyləyib.

S.Abbasov XX əsrin əvvəllərində Azərbaycanda baş verən ədəbi hadisələr, "Molla Nəsrəddin" jurnalı, Mirzə Cəlil, Sabir kimi nəhəng satirik – inqilabçı demokratların yaradıcılıqlarının özbək ədəbi həyatına göstərdiyi böyük təsirdən danışıb.

O, dövlətlərimizin repressiya qurbanlarının xatirəsini əbədiləşdirilməsi istiqamətində fəaliyyətlərini qeyd edərək, Ulu öndər Heydər Əliyevin hələ Sovet dövründə tapşırığı nəticəsində Hüseyn Cavidin nəsrinin Uzaq Sibirdən Azərbaycana gətirilərək dəfn edildiyini qeyd edib.

Muzeyin tanınmış elm xadimi, repressiya ədəbiyyatı üzrə tanınmış Özbək mütəxəssis, yazıçısı Davron Racab çıxışında Azərbaycan və Özbək xalqlarının eyni taleləri yaşadıqlarını, xalqlarımızın ziyalıları arasında möhkəm dostluq əlaqələrin olduğunu, ədəbiyyatımızın isə bir-birindən bəhrələndiyini vurğulayıb.

Azərbaycan kimi Özbəkistan da repressiyalar nəticəsində öz ziyalılarını, millətin düşünən beyinlərinin məhv edildiyini qeyd edib. O, çıxışında Hüseyn Cavid Bakıda, Abdurauf Fitrət arasında oxşar xüsusiyyətləri sadalayıb. Hüseyn Cavidin “Çingiz”, “Atilla” dramları, Abdurauf Fitrətin “Oğuzxan”, ”Abu Muslim” əsərləri məhv edildiyini qeyd edib.

Davron Racab bu cür şəxsiyyətlərin tədqiq və təbliğ edilməsinin gənc nəslin nümayəndələri-şagirdlər və tələbələrin milli ruhda tərbiyə olunmasında böyük əhəmiyyəti daşıdığını vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinə bu layihə üçün təşəkkürünü bildirib.

Millət vəkili Qənirə Paşayeva hələ ötən əsrin əvvəllərindən özbək və Azərbaycan yazıçılarının birgə əməkdaşlığından və mübarizəsindən danışıb, 1910-cu ildə və sonrakı illərdə Hüseyn Cavidin dram əsərlərinin Özbəkistanda Azərbaycan və özbək dillərində tamaşaya qoyulduğunu diqqətə çatdırıb. O illərdə özbək yazıçıları və ədiblərinin tez-tez Azərbaycanda olmasından danışan Q.Paşayeva deyib ki, böyük özbək yazıçısı Qafur Qulam 1930-cu ildə Bakıda olarkən “Kommunist” qəzetində çap etdirdiyi məqaləsində bildirib ki, o və bir çox özbək ədibləri azərbaycanlı Seyid Rza Əlizadənin müəllim işlədiyi məktəbdə təhsil alıblar.

Deputat qeyd edib ki, Hüseyn Cavid də, Mikayıl Müşfiq də, Abdurrauf Fitrət də, Çolpan da, digər ədiblərimiz də Turan yaradılması ideyaları uğrunda mübarizə aparıblar, həyatlarını millət üçün fəda ediblər.

Q.Paşayeva bildirib ki, həm Azərbaycanda, həm də Özbəkistanda bu kimi ədiblərimizin xatirəsi əbədiləşdirilib, onların xatirəsi əziz tutulur. Repressiya rejimi belə aydınlarımızı məhv etdilər, ancaq onların ruhlarını, ideyalarını öldürə bilmədilər.

Sonda Qənirə Paşayeva muzeyə Azərbaycan nümayəndə heyəti adından İrəvan xanlığının xəritəsini hədiyyə edib.

Tədbirdən sonra Qənirə Paşayevanın Qarabağda kı faciələrə həsr olunan və Özbək dilində işıq üzü görən “Yo'gotilgan quvonch (Qoraboğ' hikoyalari) kitabının imza mərasimi keçirilib.

Sonda Azərbaycan nümayəndə heyəti muzeyin guşələri, repressiya qurbanı olan Abdulla Qadiriyə həsr olunmuş yeni bölmələr və eksponatlarla tanış olublar.

18.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası