Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg24
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Səmərqənd vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərinin rəsmi açılışı keçirilib.


Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində bu ölkənin Səmərqənd səhərindəki Gənclər sarayında möhtəşəm açılış mərasimi tədbiri keçirilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbirdə Səmərqənd vilayət hakimiyyətinin rəsmiləri, vilayətin elm, mədəniyyət, təhsil sahəsi üzrə xadimləri, Azərbaycandan gələn qonaqlar, universitet tələbələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Səmərqənd vilayət rəhbərinin müavini Rustam Kabilov iki xalq arasında tarixi, mədəni və iqtisadi sahədə münasibətlərdən danışıb.

Rustam Kabilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri, Səmərqənd şəhərini ziyarət etməsini yüksək hörmətlə xatırladıqlarını, ötən illərdə Səmərqənd vilayət hakimiyyəti nümayəndələrinin Azərbaycanın Qəbələ şəhərinə səfəri və burada faydalı görüşlər keçirməsi, Azərbaycan-Özbəkistanın vilayətləri, bölgələri arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öz çıxışında iki ölkə arasında yüksək səviyyəli münasibətlər, mədəni əlaqələr, keçirilən mədəniyyət günləri haqqında danışıb. O, Özbəkistanın, Türk dünyasının gözəl şəhəri, şərqin incisi, Əmir Teymurun vətəni, tarixi İpək Yolu üzərində yerləşən Səmərqənd şəhərinin daim qardaş Azərbaycanla, onun şəhərləri ilə əlaqəli olduğunu, Gəncə, Şamaxı, Bakı və digər şəhərlərimizlə iqtisadi, ticarət və mədəni əlaqələrin mövcud olduğunu bildirib.

Samir Abbasov azərbaycanlıların daim Səmərqənd şəhərinin mədəni həyatında fəal iştirak etdiklərini vurğulayaraq XX əsrin əvvəllərində Özbəkistanın Səmərqənd şəhərində yaşayıb-yaratmış məşhur pedaqoq, tərcüman və naşir Seyid Rza Əlizadənin Türküstanda xalqın maariflənməsi, elmin, təhsilin inkişafında misilsiz xidmətlərini qeyd edib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Özbəkistan və Azərbaycan xalqlarının bütün istiqamətlər üzrə, o cümlədən mədəni əlaqələrinin yüksək səviyyədə olmasının qürurverici olduğunu söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, iki ölkə rəhbərləri arasında dostluq və müttəfiqlik haqqında müqavilə haqqında danışaraq, qardaş özbək xalqını 21 oktyabr – özbək dilinə dövlət statusu verilməsi Günü münasibətilə təbrik edib.

Q. Paşayeva Səmərqənd şəhərinin Türk dünyası arasında əhəmiyyətini qeyd edərək, gələn ay Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ilk sammitinin məhz bu şəhərdə keçiriləcəyini bildirib.

Çıxışının sonunda Paşayeva 30 illik erməni işğalından azad edilmiş Azərbaycan torpaqlarında növbəti belə tədbirlərin keçirilməsini arzulayıb.

Səmərqənd vilayəti Azərbaycan diaspor təşkilatının rəhbəri Adilağa Mirzəyev öz çıxışında bu cür yüksək səviyyəli tədbirin vilayətdə keçirilməsini mühüm hadisə adlandırıb və bunun üçün Azərbaycan dövlətinə, Özbəkistanda ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb. Rənglərin və milli naxışların müxtəlifliyi, qeyri – adi tikmələr, həmçinin təsirli əl işləri-məhz bu milli geyimlərin nümayişində nümayiş etdirilib. Geyimlərin arasında «Xarı Bülbül» kompozisiyası tamaşaçıların maraq və alqışları ilə qarşılanıb.

Tədbir möhtəşəm konsert proqramı ilə davam edib.

İştirakçılar tanınmış Azərbaycan ifaçılarının, o cümlədən Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Kaykeb Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı rəngarəng çıxışılarını alqışlarla qarşılayıblar.

25.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası