Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Səmərqənd Dövlət Universitetində komitə sədri, millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Özbəkistanın elm, ədəbiyyat xadimləri, universitetin müəllim-professor və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səmərqənd Dövlət Universitetin prorektoru Akmal Axadov qeyd edib ki, Səmərqənd Dövlət Universiteti qardaş Azərbaycandan gələn nümayəndə heyətlərini daim yüksək səviyyədə qarşılayır və Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Prorektor vurğulayıb ki, bu cür tədbirlər ölkələrimiz arasında dostluğa, elm, təhsil, mədəni əlaqələr üçün yeni imkanlar yaradır, ali təhsil müəssisələrinin tələbələrinə qardaş ölkələr haqqında daha yaxşı məlumat əldə etməyə kömək edir.

Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərinin Özbəkistanın Daşkənd şəhəri ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrini də əhatə etdiyini bildirib. O, Səmərqəndin ictimai, mədəni həyatında azərbaycanlıların daim aktiv iştirak etdiyini, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu şəhərdə çoxsaylı konsert proqramları, beynəlxalq konfranslar, mühüm tədbirlərin keçirildiyini qeyd edib. Diplomat Mərkəzin layihəsi ilə 2017-ci ildə sözügedən Universitetdə “Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan dostluq mərkəzi”nin yaradıldığını vurğulayıb.

Samir Abbasov Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, şairə Qənirə Paşayevanın Özbəkistana səfərləri, onun səfər təəssüratları haqqında yazdığı “Addım-addım Özbəkistan” kitabı haqqında məlumat verib və fikirlərini bölüşüb.

Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Universitetin rəhbərliyini, professor-müəllim, tələbə heyətini, bütün iştirakçıları Azərbaycan nümayəndə heyəti adından salamlayaraq, gözəl görüşün təşkili üçün təşəkkür edib. O, Səmərqənddə növbəti dəfə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində universitetdə görüşün təşkilini iki ölkə aydınları, təhsil və mədəniyyət işçiləri, özəlliklə gənclər arasında dostluğun möhkəmlənməsinə, mədəni-ədəbi, təhsil-elm əlaqələrinin daha da gücləndirilməsinə xidmət etdiyini bildirib. Belə əlaqələrdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolunu minnətdarlıqla vurğulayan Q.Paşayeva, dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qürur hissi ilə qeyd edib.

Komitə sədri qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, təhsil və elm sahəsində deyil, istisnasız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdiyini bildirib. O, Azərbaycanın 44 günlük müharibədəki Qələbəsi və o məsuliyyətli günlərdə özbək aydınlarının, özbək xalqının və dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi minnətdarlıqla vurğulayıb.

Tədbirdə Azərbaycanın əməkdar artisti, Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə bir sıra milli müsiqilərimizi ifa edib.

Tədbirin sonunda Komitə sədri, millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu “Qarabağdan doğan günəş: Xurşidbanu Natəvan, “Qarabağ hekayələri”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitabların imza mərasimi keçirilib. Nəşrlər Özbək tələbələrə hədiyyə olunub.

27.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası