Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

“Wikipediya”da Fikrət Əmirov haqqında özbək dilində bölmə istifadəyə verildi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində bölmə Mərkəzin könüllüləri tərəfindən hazırlanaraq istifadəyə verilib.

Bölmədə Azərbaycan, Sovet bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuş, Azərbaycan SSRİ Xalq artisti, çoxsaylı dövlət mükafatlarına layiq görülmüş, dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun həyatı, yaradıcılığı, əsərləri, operaları, baletləri, simfonik muğamları, vokal əsərləri, musiqili komediyaları, teatr tamaşaları və kinofilm musiqiləri, yaradıcılığında “Azərbaycan” mövzusu haqqında məlumatlar öz əksini tapır.

Qeyd olunur ki, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik Gəncə şəhərində anadan olan Fikrət Əmirovun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, yaşadığı mühitin mühüm təsiri olub. Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu Üzeyir Hacıbəyovun olduğu qeyd olunur.

Yaradılan bölmədə vurğulanır ki, böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri onun simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub.

Musiqinin demək olar ki, bütün janrlarına müraciət edən bəstəkarın, “Ijodi: İrsi” adlı bölmədə onun adının Azərbaycanda əbədiləşdirilməsi haqqında məlumatlar verilir. Qeyd olunur ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Gəncə Dövlət Filarmoniyası, Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi məktəbləri görkəmli musiqi xadimi Fikrət Əmirovun adını daşıyır.

Yazılır ki, 2012-ci ilin sentyabr ayının 19-da Bakıda Fikrət Əmirov küçəsində isə dahi bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışı olmuş, 1985-ci ildə "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi altında "Fikrət Əmirov" qısametrajlı sənədli filmi ekranlaşdırılmışdır. Filmdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilmişdir.

“Wikipediya” Elektron Ensiklopediyasında yaradılan Fikrət Əmirov haqqında Özbək dilində bölmə ilə linkində tanış olmaq mümkündür.

14.02.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası