Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Özbəkistan və Azərbaycan: Qardaş və müttəfiq məmləkətlər” tədbir keçirilib.


Daşkənd şəhərinin Xalq Təhsili Şöbəsinin nəzdindəki Mirzo-Ulugbek rayonunun 210 saylı məktəbində “Özbəkistan və Azərbaycan: Qardaş və müttəfiq məmləkətlər” tədbiri çərçivəsində iki ölkənin dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbirdə rayon xalq təhsili şöbəsinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagirdləri, gənclər iştirak ediblər.

Məktəbin foyesində "Odlar yurdu - Azərbaycan" mövzusunda kitab sərgisi təşkil olunub. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi Özbək və Azərbaycan dillərində nəşr edilən, habelə ikidilli nəşrlər nümayiş etdirilib. Nəşrlər arasında dahi Nizami Gəncəvinin Özbək dilinə tarixdə ilk dəfə olaraq tərcümə olunmuş "Xəmsə" əsəri, Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğəti və danışıq kitabları, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminə dair maraqlı nəşrlər yer alıb.

Stenddə Azərbaycan milli suvenirləri, Mədəniyyət Mərkəzinin nəzdində əl işləri dərnəyinin şagirdlərinin milli mədəniyyətimizə dair hazırladığı sənət əşyaları, Azərbaycanın milli geyimləri, habelə Dövlət rəmzlərimiz – ölkələrimizin bayraqları nümayiş etdirilib.

İlk öncə 210 saylı Məktəbin direktoru Pataxova Şaira qardaş və müttəfiq ölkələr olan Özbəkistan və Azərbaycan arasında tarixi əlaqələr, eyni soykök, habelə dil, din, mədəniyyət yaxınlığı olan xalqlarımızın ortaq dəyərləri haqqında fikirlərini bölüşüb. O, gələcək nəsillər olan uşaqlara bu dostluğun ata-babalarımızın əmanəti olduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya Mərkəzinin müdiri Kifayət Pirməmmədova çıxış edərək iki qardaş ölkənin mədəniyyətlərinin oxşarlığı, dillərin qohumluğu, xalqlarımızın ortaq kökləri, tarixin dərinliklərindən başlayan və bu gün də davam edən sarsılmaz və səmimi dostluq haqqında məlumat verib. Dost və müttəfiq olan ölkələrimizin tarixi, müstəqilliyi, zəngin mədəniyyəti haqqında danışıb.

Tədbirdə şagirdlər Azərbaycanın sevimli və məşhur kinofilmlərindən səhnəciklər nümayiş etdirmiş, Azərbaycan və Özbək milli rəqslərini ifa emiş, böyük Azərbaycan şairi Nizami Gəncəvi və Özbək şairi Əlişir Nəvainin əsərlərindən şeirlər və hikmətli sözlər oxumuşlar.

Tədbir çərçivəsində iki xalqın atalar sözləri Özbək və Azərbaycan dillərində səsləndirilmiş, sevimli şeirlər oxunmuşdur.

28.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası