Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyinin fəxri üzvü adına layıq görülüb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyini ziyarət edib və birliyinin sədri Olimjon Usarov ilə görüşüb. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, ilk öncə azərbaycanlı qonaqları salamlayan Özbəkistan Jurnalistlər Birliyinin sədri Olimjon Umarov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, yaradıcı Birliyinin 1957-cü ildən fəaliyyət göstərdiyini qeyd edib. O, ölkənin milli media sahəsinin inkişafının bir sıra qanunvericilik aktları ilə tənzimləndiyini, bunun vətəndaşların informasiya almaq hüquqlarının təmin edilməsində, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının daha da təkmilləşdirilməsində, medianın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasında mühüm amil olduğunu vurğulayıb. O.Usarov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq etdiklərini qeyd edərək, Özbək jurnalistlərinin daim Özbəkistan-Azərbaycan dostluğu, əməkdaşlığı mövzusuna böyük maraq göstərdiklərini qeyd edib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı haqqında danışaraq, dövlət başçılarımız arasında görüşlərin əlaqələrimizin inkişafına böyük təkan verdiyini söyləyib. O, bu işdə qələm sahiblərinin, media mənsublarının üzərinə şərəfli iş düşdüyünü vurğulayıb. Qənirə Paşayeva 44 günlük Vətən müharibəsi dövründə özbək mətbuatı ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinə dair Özbəkistanda 244-ə yaxın məqalə, müsahibə, televiziya verilişi yayımlayan qardaş Özbəkistan mətbuatına təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan mətbuatı ilə yaradılan sıx əməkdaşlıq əlaqələrindən danışıb, keçirilən müsabiqələrin qalibləri olan Özbək mediası təmsilçilərinin hər il Azərbaycana təşkil olunan Media-turlarının öz uğurlu nəticəsini verdiyini qeyd edib. O, Özbək jurnalistlərinin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə artıq 4 dəfə mediaturlarının təşkil edildiyini və səfərin nəticəsi olaraq xeyli sayda məqalə və materialların yayımlandığını qeyd edib.

Özbəkistan Jurnalistlər Birliyinin sədri Olimjon Usarov Azərbaycan mətbuatında da ölkələrimiz arasında dostluq və əməkdaşlıq, habelə Özbəkistanın tarixi, mədəniyyəti, nailiyyətləri, bölgəyə dair materialların, məqalələrin, habelə Özbəkistan Prezidentinin irəli sürdüyü «Yeni Özbəkistan» konsepsiyasına dair obyektiv məlumatların verilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə Jurnalistlər Birliyinin sədri Olimjon Usarov iki ölkə arasında dostluq, habelə Özbəkistan mövzusuna daim diqqət ayıran Qənirə Paşayevaya Özbəkistan Jurnalistlər Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.

Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva ona göstərilən diqqət və etimada görə təşəkkür edərək gələcək fəaliyyətində də Özbəkistanla dostluq əlaqələrinə xüsusi önəm verəcəyini bildirib. O, bundan sonra da qardaş Özbəkistanın Azərbaycanda tanıdılması istiqamətində fəaliyyətinin davam etdiriləcəyini və mətbuat sahəsində əməkdaşlığın inkişafının iki ölkə arasında əlaqələrin daha da genişləndirəcəyini qeyd edib.

Sonda Jurnalistlər Birliyinin binası, press mərkəzlər, tədbir zallarına ekskursiya edilib, mövcud imkanlarla tanışlıq olub.

28.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası