Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və “Prestige Travel” şirkətinin təşkilatçılığı ilə Daşkənddəki “Wyndham” otelində Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib.

Tədbirdə çoxsaylı qonaqlar, turizm şirkətlərinin, müxtəlif otel və sanatoriyaların təmsilçiləri, jurnalistlər iştirak ediblər.

İlk öncə “Odlar yurduna səyahət” adlı foto-sərgi və milli mədəniyyətimizə dair suvenirlərin sərgisi iştirakçılara təqdim olunub. Sərgidə Azərbaycan təbiəti və turizm imkanlarına dair şəkillər yer alıb.

İlk öncə Azərbaycandan fəaliyyət göstərən “Prestige Travel” şirkətinin direktoru Səbinə Məmmədova Azərbaycanın turizm imkanlarına dair məruzə ilə çıxış edib. O, öz çıxışında son illər Özbək turistlərin ölkəmizə marağının artması, iki ölkə arasında hava əlaqəsinin çoxalması, Bakıdan Daşkəndə reyslərin artırılması ilə yanaşı, tarixi Səmərqənd şəhərinə də reyslərinin açılmasını turizmin inkişafına öz təsirini göstərdiyini bildirib.

Səbinə Məmmədova keçirilən təqdimat mərasiminin əsas məqsədi Özbək turizm həvəskarlarını Azərbaycanın turizm imkanları, paytaxt Bakı ilə yanaşı, regionlardakı istirahət mərkəzləri ilə tanış etməkdir. O, Azərbaycanın regionlarda Naftalan, Lənkəran, Şəki və Qusardakı Şahdağ kimi istirahət-turizm kompleksləri, onlarda yaradılan şərait və imkanlara dair fikirlərini bölüşüb, Özbəkistan vətəndaşları üçün Azərbaycanın maraqlı turizm marşurutu olduğunu bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin Kitabxana-informasiya Mərkəzinin müdiri Kifayət Pirməmmədova Odlar yurdu Azərbaycan adlı təqdimatı ilə çıxış etmiş, ölkəmizin təkrarsız təbiəti, mədəniyyəti, mətbəxi, zəngin turizm imkanları barədə məruzə ilə çıxış edib.

Məruzələr zamanı Azərbaycanın turizm imkanlarına dair video təqdimat iştirakçılara nümayiş etdirib.

Digər natiqlər Özbəkistanda “Prestige Travel” şirkətin şöbə müdiri Sayora İmanova, “Fly Khiva” şirkətinin nümayəndəsi Aziz Xocayev Azərbaycan-Özbəkistan dostluq əlaqələri, Azərbaycanın iqlimi, təbiəti, abidələri və ölkəmizi səyahət etməyin üstünlüklərindan danışıblar.

Tədbirin bədii hissəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin “Əməkdar artist Kaykeb Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

28.10.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası