Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “MY5” telekanalında Ermənistan işğalından azad edilmiş Azərbaycanın Ağdam və Zəngilan şəhərlərinə dair veriliş nümayiş etdirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycana təşkil olunmuş Mediaturun nəticəsi olaraq Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko'rdik” televiziya proqramında dünən Azərbaycanın Ağdam və Zəngilan şəhərlərinə dair veriliş nümayiş etdirilib.

Jurnalist Manuchehr Qalandarzodanin aparıcılığı ilə verilişdə Ağdam şəhərinə səfər edərək şəhərin hazırkı vəziyyətinə nəzər salınır, tamamilə məhv edildiyi qeyd olunur.

Verilişdə Ağdam şəhərinin xan nəslinin ilk mülklərindən biridir, XVIII əsrin tarixi-memarlıq abidəsi olaraq Ağdamdakı Pənahəli xan sarayı, habelə məşhur qarabağlıların dəfn edildiyi İmarət qəbiristanlığı haqqında məlumat verilir.

Televiziya layihəsində sözügedən abidələrin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı vandalizmə məruz qaldığı, çoxsaylı tarixi-mədəni və dini abidələrimizin məhv edildiyi qeyd olunur.

“Xush ko'rdik” televiziya proqramında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinə ziyarət də geniş işıqlandırılıb, Zəngilan rayonundan və burada qurulan müasir “Smart City” (“Ağıllı şəhər”) və “Smart Village” (“Ağıllı kənd”) konsepsiyaları haqqında geniş məlumat verilir.

Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, ümumilikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan bərpa və yenidənqurma layihələri barədə tamaşaçılar məlumatlandırılır.

Zəngilan rayon sakini telekanala müsahibəsində 30 ilə yaxın ayrılıq və həsrətdən sonra öz ana vətənlərinə qayıtdıqlarını qeyd edir. O, Azərbaycan dövlətinin həyata keçirdiyi ağıllı şəhər layihəsinin şəhər həyat sistemlərinin iqtisadi, ekoloji cəhətdən təmiz və təhlükəsiz istifadəsini nəzərdə tutur, innovativ texnologiyaların tətbiqi ilə insanların həyat şəraitini, müasir həyat keyfiyyətini təmin edilməsinə yönəldiyini vurğulayıb.

01.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası