Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Qənirə Paşayeva Buxaradakı Azərbaycan diaspora təşkilatını ziyarət edib və Azərbaycan evində keçirilən dostluq tədbirində iştirak edib.


Özbəkistan dövləti ölkədə bütün millətlərə öz dillərini, mədəniyyətlərini yaşatmaq, inkişaf etdirmək üçün şərait yaratmış, Buxara şəhərinin daxilində yerləşən Koqan şəhərində Azərbaycan diaspora təşkilatı üçün xüsusi bina ayrılmışdır.

Azərbaycan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxara vilayətində Koqan şəhərində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatını ziyarət edib, yerli azərbaycanlılar və şəhər rəhbəri ilə görüşüb.

Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Buxara vilayətindəki Azərbaycan diaspor təşkilatının rəhbəri Kamran Babayev də iştirak edib.

Görüşdə ilk öncə Buxara vilayətinin Koqan şəhər hakimi Hayot Davlatov Azərbaycanlı qonağı salamlayaraq, Azərbaycanla tarixi dostluq, eyni soykök, dil, din, mədəniyyət yaxınlığı haqqında danışaraq, Buxarada azərbaycanlıların daim Özbəkistanın ictimai həyatında yaxından iştirak etdiklərini qeyd edib.

Buxara vilayətində Azərbaycan diaspora təşkilatının rəhbəri Kamran Babayev qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, iki ölkə arasında dostluq və əməkdaşlığa töhfələrindən danışıb. O, Azərbaycan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın və azərbaycanlı qonaqların Buxaraya səfəri, diaspor təşkilatını ziyarət etməsini yüksək qiymətləndirib və ilk dəfə olaraq vilayətdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərini böyük mədəni hadisə adlandırıb.

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi ziyarətdə Qənirə Pasayeva Buxara təəssüratlarını bölüşüb, bu qədim şəhərə daha öncəki səfərini xatırladıb, ürək sözlərini bölüşüb. Komitə sədri qardaş ölkədə yaşayan, işləyən soydaşlarımızın ictimai-mədəni, elm-təhsil, sosial-iqtisadi və digər əməli fəaliyyət sahələrindəki aparıcı rolundan şad olduğunu söyləyib və tarixi dostluğumuz, xalqlarımız arasında yaxınlıqdan danışıb.

Komitə sədri dövlətimizin diaspor siyasəti, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların öz tarixi vətənlərinə bağlı olması, yaşadıqları ölkələrlə Azərbaycan arasında bir dostluq körpüsü yaratmalarına çağırış edib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrin genişləndirilməsi, həyata keçirilən layihələr haqqında danışıb. Diplomat milli mədəniyyətimizi təbliğ etmək məqsədi ilə mütəmadi olaraq Daşkənddə və regionlarda yerləşən diaspora təşkilatları ilə əməkdaşlıq edildiyini, onlara çoxsaylı kitablar, rəsmlər, Azərbaycan mədəniyyətinə dair əyani vasitələr hədiyyə olunduğunu, keçirilən tədbirlərdə sərgiləmək üçün nəşrlər, suvenirlər, milli geyimlərin verildiyini qeyd edib.

O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistandakı tanınmış azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi, onların büstlərinin qoyulması, yaşadıqları evlərinin üzərində barelyeflərin vurulması həyata keçirilib.

Ziyarət çərçivəsində Samir Abbasov Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycana dair Özbək dilində 56 adda kitabı Buxaradakı diaspor təşkilatına hədiyyə edib.

Görüşdə diaspor fəalları, o cümlədən gənclərlə geniş fikir mübadiləsi aparan Q.Paşayeva, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini, bilgilərini bölüşüb.

Təşkil olunan mədəni proqramda Azərbaycan və Özbək musiqiləri, rəqsləri ifa olunub.
Komitə sədri diaspor təşkilatına və fəallarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

01.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası