Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Əhməd Baytursunulı və Türk dünyasının mənəvi varisliyi” adlı beynəlxalq elmi konfrans keçirilib


Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə qazax ictimai-siyasi xadimi Əhməd Baytursunulının anadan olmasının 150 illiyi ilə bağlı “Əhməd Baytursunulı və Türk dünyasının mənəvi varisliyi” adlı beynəlxalq elmi konfrans keçirib.

Konfransda Türk Ağsaqqalları Birliyinin sədri, akademik Südeyif İmamverdiyevin rəhbərliyi ilə bu qurumun nümayəndə heyəti, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib.

Universitetin elmi işlər və innovasiyalar üzrə prorektoru Nadirbek Jurakuziyev Əhməd Baytursunulının həyatı, siyasi fəaliyyəti haqqında məlumat verib, onun qazax xalqının və ümumi türk mədəniyyətinin inkişafındakı rolundan danışıb.

Qazaxıstandakı Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli Türk dünyasının böyük oğlu, ictimai siyasi xadim, tanınmış türkoloq alim, şair Əhməd Baytursunulının 150 illiyi münasibəti ilə konfransda iştirak edənləri və bütün türk dünyasını təbrik edərək bildirib ki, bu il bu böyük şəxsiyyətin 150 illiyi UNESCO səviyyəsində də qeyd edilib. Böyük ədib qazax milli mənliyinin təsdiqi, əlifba islahatı, ədəbiyyat nəzəriyyəsi sahəsində islahatların aparılması, maarifin inkişafı, qəzet və jurnalların çap edilməsi və digər sahələrdə müstəsna xidmətlər göstərib. Əhməd Baytursunulı Türk dünyasının böyük şəxsiyyətləri İsmayıl Qaspralı, Bəkir Çobanzadə, Munavvar-kori Abduraşidxanov, Abdulla Avloni, Mahmud Xuja Behbudi və digərləri ilə birgəTürk dünyasının birliyi, ümumi əlifba, ümumi dil formatının tapılması istiqamətində mühüm işlər görüb. Əhməd Baytursunulının 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirakı, türkologiya sahəsindəki çıxış və təklifləri maraqla qarşılanıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, Əhməd Baytursunulı o illərdə bir müddət Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyib, 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət alıb. O burada qazax dili və ədəbiyyatı professoru seçilib. Lakin bu hal çox da uzun sürmür. Əhməd Baytursunulı maarif sahəsində çalışsa da, elmi araşdırmalar aparsa da siyasi fəaliyyətlə də məşğul olur. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaşdırılmasında fəal iştirak edir. Maarif və elm sahəsindəki böyük xidmətlərinə baxmayaraq onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Əhməd Baytursunulının güllələnmə hökmü 10 illik həbslə əvəzlənir. Solovki adalarındakı həbsxanalara göndərilən Əhməd Baytursunulı vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. 1937-ci ildə onu yenidən həbs edirlər. Əhməd Baytursunulı keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullin, həmçinin Hüseyn Cavid, Mikayıl Müşfiq, özbək ədibləri Fitrət, Çolpan və digərləri ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə ayrı-ayrı vaxtlarda güllələnməyə məhkum edirlər. Əhməd Baytursunulının ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.

Türk Ağsaqqalları Birliyinin sədri, akademik Südeyif İmamverdiyev Əhməd Baytursunulınun və digər belə şəxsiyyətlərin irsinin öyrənilməsi məsələlərinə, onların əsərlərinin ancaq qazax dilində deyil, bütün türk dillərində çap olunması vacibliyinə toxunub.

Özbəkistandakı Qazax Milli Mədəniyyət Mərkəzinin sədri Serikbay Usenov, Özbəkistanın Xalq şairi Məhəmməd Əli, Qaraqalpaqstanın Xalq şairi Müzəffər Əhmədov, professorlar Nasimxon Raxmanov, Kazakbay Yuldaşev, Maxanbek Jusunov və başqaları Əhməd Baytursunulının Türk dünyasında tanıdılması istiqamətində görüləcək işlər haqqında təkliflərini bildiriblər.

09.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası