Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Xalq şairi Camal Kamalla görüş keçirilib, şairə Azərbaycan Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” döş nişanı təqdim edilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Xalq şairi Camal Kamalla görüşüb, şairə "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı və onun vəsiqəsini təqdim edib.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsəri Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edən Özbəkistanın Xalq şairi Camal Kamal Azərbaycanın Mədəniyyət Naziri Anar Kərimov tərəfindən bu mükafata layiq görülüb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbək şairə dünya şöhrətli Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə etməsi və oxuculara öz ana dillərində çatdırılmasında xidmətlərinə görə təşəkkürünü bildirib. Diplomat 2021-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Nizami Gəncəvi ili” elan olunduğunu və şairin “Xəmsə”sinin Özbək dilinə çevrilməsinin bu ilə gözəl bir töhfə olduğunu vurğulayıb.

Camal Kamal çıxışında dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru dahi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq Özbək dilinə tərcümə etməsi və Azərbaycan dövləti tərəfindən belə yüksək mükafata layiq görüldüyü üçün özünü xoşbəxt saydığını qeyd edərək, gələcəkdə də sağlamlığı imkan verərsə Azərbaycanın korifey şairlərinin yaradıcılığına müraciət edəcəyini bildirib.

Sonra Özbəkistanın Xalq şairi Camal Kamala şəxsən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Nizami Gəncəvi” döş nişanı təqdim edilib.

16.02.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası