Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri və Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcək.


Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Tarixi və Mədəniyyəti Fondu arasında əldə edilən razılığa əsasən 2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla görüş keçirib.

Görüşdə Türk tarixi və mədəniyyətinin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi, təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Samir Abbasov cari ilin 10-11 noyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk dövlətləri başçılarının Sammitinin əməkdaşlıqda yeni imkanlar açdığını və bu tədbir çərçivəsində bir sıra mədəniyyət tədbirlərinin keçirildiyini, gələcəkdə isə yeni əməkdaşlıq platformasının yarandığını qeyd edib.

Diplomat 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Şuşa ili» elan olunması, bu istiqamətdə keçirilən tədbirlər, layihələr barədə danışıb, Azərbaycanın Türk dünyası ilə, Özbəkistanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.

Görüş üçün öz təşəkkürünü bildirən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt rəhbərlik etdiyi Fondun geniş coğrafi əraziyə yayılaraq böyük sivilizasiya yaradan Türk xalqlarının mədəni irsinin beynəlxalq aləmdə təbliği, qorunması və gələcək nəsillərə çatdırılması olduğunu qeyd edib. O, Türk Dövlətləri Təşkilatının Səmərqənd Sammiti çərçivəsində Fond tərəfindən "Türküstan" sərgisinin Özbəkistanın Turizm və mədəni irs Nazirliyi ilə birgə təşkil edildiyini vurğulayıb.

Sərgidə Türk Tarixi və Mədəniyyəti Fondunun kolleksiyasından nümayiş etdirilən Türküstan xəritələrinin məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edildiyini və Türk xalqlarının tarixini, onların müxtəlif coğrafiyalara yayılmasını göstərdiyini bildirib.

Samir Abbasov xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyada bir sıra muzeylərdə yanlış xəritələrin sərgiləndiyini bildirib. O, sözügedən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.

Görüşdə Samir Abbasov ilin sonunadək Özbəkistanda istiqlal şairlərimiz Əhməd Cavad, Abdulla Aripov və Mehmet Akif Ersoya həsr olunmuş beynəlxalq konfrans, sözügedən şairlərin əsərləri əsasında Özbəkistan xalq çalğı alətləri Ansamblının hazırladığı konsert proqramı və Əhməd Cavadın Özbək dilinə tərcümə olunmuş şerlər kitabının təqdimatının keçiriləcəyini bildirib və sözügedən layihəyə Türk Tarixi və Mədəniyyəti Fondunun qoşulmasını təklif edib.

Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Qarabağda XIX əsrdə fəaliyyət göstərmiş «Məclisi Fəramuşan» şairlər görüşünün iki əsrdən sonra Azərbaycan və Özbəkistan arasında bərpa olunduğunu qeyd edib. Diplomat 2023-cü ilin TÜRKSOY təşkilatı tərəfindən «Şuşa ili» elan olunmasını nəzərə alaraq, gələn il sözügedən şairlər məclisinin Şuşada bütün Türk dövlətlərini təmsil edən şairlərin, musiqi sənətçilərinin iştirakı ilə beynəlxalq tədbirin keçirilməsinə dəstək xahiş edib.

Bundan başqa, «Səmərqənd Türk sivilizasiyasının paytaxtı», habelə 2023-cü il «Heydər Əliyev ili» elan olunması ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Nizamettin Aykurt Türk Tarixi və Mədəniyyəti Fondu tərəfindən yaradılan Türk rəqəmsal kitabxanası barədə məlumat verərək, layihənin nəinki Türk dövlətlərini, Türk toplumları yaşayan digər ölkələrin də əhatə etdiyini bildirib. Samir Abbasov sözügedən layihənin əhəmiyyətini qeyd edərək, Azərbaycan kitabxanalarının layihəyə qoşulması ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi ilə məsləhətləşmələrin aparıldığını və bu istiqamətdə birgə görüş, müzakirələrin vacib olduğunu söyləyib.

Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən «Yustinian hakimiyyətinin sonlarına doğru Avropa» (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini Samir Abbasova hədiyyə edib. Qeyd edək ki, xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.

Sonda Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın Qarabağ şairəsi Xurşidbanu Natəvanın və istiqlal şairimiz Əhməd Cavadın Azərbaycan-Özbək dillərində nəşr olunan kitablarını Nizamettin Aykurta hədiyyə edib.

15.11.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası