Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində milli rəqslərimizə dair ustad dərslərinə start verilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Mərkəzin nəzdindəki rəqs ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan milli rəqslərini daha dərindən öyrədilməsi, düzgün icrası və rəqs sənətimizin təbliğidir.

Azərbaycan Mədəniyyət Mərkəzinin Mədəniyyət Nazirliyi ilə birgə layihəsi əsasında Azərbaycanın xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, tanınmış rəqqasə Təranə Muradova Azərbaycan Mədəniyyət Mərkəzində milli rəqslərimiz, onların icrası, kollektiv rəqs nümunələri, Azərbaycan rəqslərinə dair müxtəlif elementlərin və janrların icrası üzrə ustad dərsləri aparır.

Aparılan ustad dərslərində uşaqlara milli rəqslərimiz, düzgün duruş, əlləri düzgün tutmaq, səhnə hərəkətləri, milli rəqslərimizə dair müxtəlif rəqs elementləri öyrədilir. Azərbaycan milli rəqs sənətinin quruluşları əsasən kütləvi olduğu üçün uşaqlara komanda şəklində rəqslərimizi icra etmək, müxtəlif elementlərin tətbiqi üzrə məşğələlər aparılır.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan rəqs dərnəyində hər il yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri milli rəqslərimizə dair məşğələlərdə iştirak edir, rəqs sənətinin sirlərini öyrənirlər.

Mərkəzin nəzdində fəaliyyət göstərən “Kaykeb Aliyeva adına Azərbaycan qızları” Rəqs Ansamblı qardaş ölkədə olduqca fəaldır, Özbəkistanda mədəniyyət, rəqs sənəti sahəsində keçirilən beynəlxalq tədbirlərdə, habelə Azərbaycan mədəniyyəti və sənəti günlərində daim yüksək səviyyədə iştirak edirlər.

Qeyd edək ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan xalqının milli dəyəri olan, incəsənətin mühüm sahəsi olan rəqslərimiz, onların təbliğinə xüsusi əhəmiyyət verir.

Artıq 10 ildən çoxdur ki, Mərkəzdə milli rəqslərmizə dair dərnəklər fəaliyyət göstərir və hər il yüzlərlə uşaq, yeniyetmə bu məşğələlərdə iştirak edir.

16.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası