Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində opera müğənnisi, kinoaktyor, bəstəkar, Azərbaycanın və SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət xadimləri, ziyalılar, ali məktəblərin tələbə və müəllimləri, yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş Müslüm Maqomayevin yaradıcılığına həsr edilən əsərlərdən ibarət sərgi ilə tanış olublar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov iştirakçıları salamlayaraq, Azərbaycan xalqının daim haqlı olaraq Müslüm Maqomayev yaradıcılığlı ilə fəxr etdiyini, onun mahnılarında Azərbaycana, Odlar yurduna, Vətəninə həmişə xüsusi bir sevgi olduğunu qeyd edib. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mədəniyyətə olan böyük qayğısından danışaraq, Müslüm Maqomayevin yaradıcılığına xüsusi diqqət və həssaslıqla yanaşdığını, onunla fəxr etdiyini vurğulayıb.

Yusif Məmmədov böyük sənətkarın pərəstişkarlarından danışaraq, Özbəkistanın opera müğənnisi, “Registan” ansamblının rəhbəri, onun pərəstişkarı, illərdir dünya ölkələrinə velosiped turu edən dahi müğənninin mahnılarını ifa edən Xursand Şerov haqqında məlumat verib.

Tədbirdə çıxış edən Xursand Şerov əfsanəvi ifaçının yaradıcılığına olan sevgisindən danışaraq, bu il Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Daşkənddən velosipedlə 14 min km qət edərək Bakıya səfər edtdiyini vurğulayıb. O, Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə gül dəstəsi qoyub, onun xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etdiyini söyləyib.

Çıxış edənlər dahi Müslüm Maqomayev yaradıcılığı, ifası haqqında danışaraq, onun təkrarsız səsi, mədəniyyətimiz, xalqlar dostluğuna töhfələrini xüsusi qeyd etdilər.

Daha sonra tədbir bədii hissə ilə davam etmiş, opera müğənnisi Xursand Şerov və müğənni Rəna Əzizova Müslüm Maqomayevin mahnıları ilə yanaşı, Azərbaycan və özbək mahnılarını ifa ediblər.

Sonda Azərbaycan xalqının dahi oğlu Müslüm Maqomayevin yaradıcılığının təbliğinə görə Xursand Şerov Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Səfirliyinin xüsusi diplomu ilə təltif edilib.

22.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası