Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Türk ədəbiyyatının inciləri”
adlı kitablar seriyasının təqdimatı keçirilib.


Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və göstərişi ilə hazırlanmış 100 cildlik “Türk ədəbiyyatının inciləri” seriyasından olan kitabların təqdimatı keçirilib.

Tədbirdə Özbəkistanın dövlət və hökumət nümayəndələri, elm, təhsil sahəsinin tanınmış simaları, qardaş ölkədə fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan səfirliklərinin nümayəndələri, yazıçı və şairlər, ədəbiyyatsevərlər iştirak ediblər.

Öncə tədbir iştirakçıları “Türk ədəbiyyatının inciləri” seriyası ilə nəşr olunan kitabların sərgisi ilə tanış olmuş və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə toplantısında irəli sürülən təkliflər ilə əks olunan videomaterial nümayiş olunmuşdur.

Qeyd edək ki, kolleksiyada XI-XXI əsrlərdə yaşayıb-yaratmış Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanı əhatə edən 629 şair, yazıçı və mütəfəkkirin əsərləri öz əksini tapıb.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və kütləvi kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev 100 cildlik “Türk ədəbiyyatının inciləri” kolleksiyasının yaradılması ilə bağlı proseslər, elmi və yaradıcı tədqiqatlar barədə ətraflı məlumat verib.

O, Prezident Şavkat Mirziyoyev 15 oktyabr 2019-cu il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə təşkilata üzv dövlətlərin ən məşhur ədəbiyyat nümunələrindən ibarət “Türk ədəbiyyatının inciləri" adlı 100 cildlik kitab seriyasının nəşri təşəbbüsü ilə çıxış etdiyini bildirib.

O, 100 cildlik əsərlər toplusunun hazırlanmasında 200-dən çox tərcüməçinin iştirak etdiyini söyləyərək, Özbəkistan Yazıçılar Birliyi və rəhbərlik etdiyi Agentlik tərəfindən 50-yə yaxın yazıçı, redaktor və rəssamın hazırlıq və çap işlərinə cəlb olunduğunu bildirib.

Çıxış edən Özbəkistan Prezidentinin məsləhətçisi Xayritdin Sultonov layihənin bütövlükdə Türk dövlətləri üçün, habelə Özbək ədəbiyyatsevərlər, tədqiqatçılar üçün mühüm hadisə olduğunu vurğulayaraq, qısa müddətdə soykökü, dili, dini, mədəniyyəti yaxın olan xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracağını bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Özbəkistan dövlətinə və Prezident Şavkat Mirziyoyevə 100 cildlik “Türk ədəbiyyatının inciləri” layihəsinə görə xüsusi təşəkkür edərək, layihəni Türk dünyası mədəniyyəti, ədəbiyyatı üçün böyük hadisə adlandırıb.

Toplunun Azərbaycanla bağlı hissəsinə, tərcümə işlərinə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin də dəstək göstərdiyini qeyd edən diplomat klassik ədəbiyyatımızla yanaşı, çağdaş Azərbaycan ədəbiyyatının nümayəndələrinin əsərlərinin yer aldığı bu nəşrin elm nümayəndələri, tədqiqatçılar, ədəbiyyatımızla maraqlanan bütün şəxslərə əvəzsiz bir mənbə olacağını vurğulayıb.

Samir Abbasov Azərbaycan ədəbiyyatının korifeyləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və ümumilikdə 200-ə yaxın klassiklərimizin, şair və yazıçılarımızın əsərlərinin Özbək dilinə tərcümə edilərək 16 cilddə təqdim olunmasını ədəbi əlaqələrimizə mühüm töhfə kimi dəyərləndirib.

Qırğızıstan Respublikasının Özbəkistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Aycamal Karamurzaeva, Türkiyə Səfirliyinin mətbuat və mədəniyyət attaşesi Hamdi Turşçu Bakıda Türk Şurası və Səmərqənddə Türk dövlət başçıları zirvə toplantısının gözəl və faydalı nəticəsi olan layihənin əhəmiyyəti haqqında danışaraq, Türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin daha da genişlənməsindən məmnunluqlarını ifadə ediblər.

Digər çıxışçılar Özbək alimlər Cabbar Eşonkulov, Hamidulla Boltabayev, Ahmadjon Meliboyev toplunun tərtibi məqsədi ilə gələcəkdə Türk dövlətləri ilə yanaşı, digər türkdilli xalqların da ədəbiyyat nümayəndələri əsərlərinin çap olunmasını xüsusi dəyərləndirərək layihəni Yeni Özbəkistanın mənəvi simasını göstərdiyini qeyd ediblər.

23.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası