Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg1
1 2 3 4 5 6 7 1.1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Səmərqənd Dövlət Universitetində azərbaycanlı müəllifin “Əmir Teymur fenomeni” adlı kitabının təqdimatı keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı tarixçi alim, jurnalist Teymur Atayevin müəllifi olduğu “Феномен Амира Теймура” adlı kitab Daşkənddə “Bilim və intellektual salaxiyat” nəşriyyatında rus dilində nəşr edilmişdir.

Səmərqənd Dövlət Universitetində keçirilən təqdimat mərasimində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, üzvləri, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbə heyəti, kitabın müəllifi Temur Atayev, jurnalistlər iştirak ediblər.

İlk öncə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nasirov Türk dünyasının böyük şəxsiyyətlər yetişdirdiyini və bu şəxsiyyətlərin həyat yolu, qəhrəmanlıqlarını öyrənmək, gənc nəsilə təbliğ etməyin vacib olduğunu bildirib. Professor Muxtar Nasirov gənclərimizin milli vətənpərvərlik və qəhrəmanlıq ruhunda yetişdirilməsində bu cür əsərlərin xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Türk xalqının böyük oğlu, Özbək xalqının iftixarı, yenilməz sərkərdə Əmir Teymur haqqında azərbaycanlı alimin əsəri haqqında danışan M.Nasirov elmi-populyar üslubda yazılmış kitabın həm peşəkar tarixçilər, politoloqlar, jurnalistlər, humanitar fakültələrin tələbələri, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovxalqlarımız arasında dostluq əlaqələri haqqında danışaraq, Türk xalqlarının tarixi şəxsiyyətlərimiz, Əmir Teymur, Cəlaləddin Manguberdi,Zahiraddin Boburkimi tarixi şəxsiyyətlərimizlə fəxr etməli olduğumuzu bildirib. O, azərbaycanlı müəllifin əsərinin əhəmiyyəti haqqında danışaraq, təqdim edilən bioqrafik eskizlərdə müəllifin Teymur şəxsiyyətinin hərbi və siyasi baxışlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsiyyəti “açmağa” çalışdığını vurğulayıb.

Çıxış edən M.Uluqbek adına Milli Universitetin professor, Özbəkistan Fəlsəfə Cəmiyyətinin rəhbəri Negina Şermuxammadova Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə layihə üçün öz təşəkkürünü bildirərək, nəşrdə ilk dəfə olaraq böyük dövlət xadiminin həyatı və şəxsiyyəti ilə bağlı ayrı-ayrı məqamlar, habelə onuntəsəvvüf, fəlsəfə, həndəsə, musiqi, dünya ədəbiyyatı, incəsənət və s. kimi kateqoriyalara istinad etməklə nəzərdən keçirildiyini bildirib. Professor Negina Şermuxammedova əsərin gələcəkdə Özbək dilinə tərcümə edilərək çaöının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, kitaba yazılmış Ön sözün müəllifi Özbək tarixçi-alim Şuxrat Salamovdur. Çıxış edən digər natiqlər oxuculara təqdim edilən Əmir Temur haqqında bioqrafik əsərdə müəllif Teymur Atayev böyük şəxsiyyət Əmir Teymurun hərbi və siyasi qərarlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsin böyüklüyünü, onun qəhrəmanlığını, fərdi keyfiyyətlərini üzə çıxardığını qeyd ediblər.

Sonda çıxış edən müəllif, tarixçi alim Teymur Atayev “Феномен Амира Теймура” kitabının ərsəyə gəlməsi haqqında danışmış, kitabın çapı, təqdimatına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, azərbaycanlı iş adamı Nazim Musazadəyə öz təşəkkürünü bildirib.

Müəllif özbək və Azərbaycan xalqlarının eyni soykökə, dilə, mədəniyyətə, dinə, tarixə malik güclü xalqlar olduğunu vurğulayaraq, bugünkü beynəlxalq əməkdaşlığın iki ölkənin inkişafına xidmət etdiyini bildirib.

O, xalqlarımızın qəhrəmanlarını,tarixi şəxsiyyətlərimizi daha dərindən öyrənmək, onların irsinin gələcək nəsillərimizə daha geniş çatdırılması və təbliğinin əhəmiyyəti barədə danışıb.

Müəllif əsərdə qeyd edir ki, Əmir Teymurun yaratdığı imperiyaöz böyüklüyü, ədalətin hökm sürdüyü bir məmləkət olaraq seçilirdi və elmin, mədəniyyətin paralel olaraq çiçəkləndiyi bu qüdrətli mərkəzləşdirilmiş Turan dövlətini dahi şəxsiyyətdən başqa heç kəs qura bilmədi. O, sonda “Turan” sözünün əsl siyasi məna kəsb etdiyini və Türkistan Teymurun hakimiyyəti altında müstəqil səltənət olduğunu qeyd etdi. O, vurğulayır ki, Teymurun hakimiyyətinin ən mühüm fərqləndirici xüsusiyyəti onun ədaləti idi və hökmdarın planlarında fəth edilmiş xalqlara qarşı “repressiya” və “soyqırım” ümumiyyətlə yox idi.

Təqdimat mərasimində müəllif Teymur Atayevin “Əmir Teymur fenomeni” adlı kitabın imza mərasimi keçirildi və kitabın nüsxələri Səmərqənd Dövlət Universitetinin kitabxanalarına bağışlandı.

“Əmir Teymur fenomeni” adlı kitabın nəşri Özbəkistandakı azərbaycanlı iş adamı Nazim Musazadənin maliyyə dəstəyi hesabına həyata keçirilib.

Tədbirin sonunda kitabın müəllif Teymur Atayeva Azərbaycan - Özbəkistan arasındakı mədəni və ədəbi əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə təbliğinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Səfirliyinin xüsusi diplomu ilə təltif edilib.

29.11.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası