Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda «İstiqlal şairlərimiz Əhməd Cavad, Abdulla Aripov,
Mehmet Akif Ersoy Azərbaycan-Özbəkistan-Türkiyə beynəlxalq konfrans
və dostluq konserti» keçiriləcəkdir.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri seçilmiş və tərcüməçi Şaxlo Qasımova tərəfindən Özbək dilinə çevrilmiş və nəşr edilmişdir.

Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimat mərasimi keçirilmiş və cari ilin 8 dekabr tarixində Daşkənddə Özbəkistan Yazıçılar Birliyində təqdim edilməsi nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlamışdır.

Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edəcəkdir. Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın «Can Azərbaycan», «Türkün bayrağı», «Şükriyyə», «Lalələr», Abdulla Aripovun «Men nechun sevaman O‘zbekistonni», «Uluğumsan Vatanim», habelə Mehmet Akif Ersoyun əsərlərini ifa edəcəkdir.

Cari ilin 9 dekabr tarixində Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə «İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy» beynəlxalq konfrans keçiriləcəkdir.

Universitetin mərkəzi foyesində isə «Türkistan və Qafqazların unikal tarixi xəritələri» adlı Azərbaycan-Özbəkistan- Türkiyə sərgisinin açılışı nəzərdə tutulub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə Sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdiriləcəkdir.

Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı Səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək göstərir.

02.12.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası