Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı
Azərbaycan Özbəkistan-Türkiyə sərgisinin açılışı olub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun layihəsi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin mərkəzi foyesində “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinin açılışı olub.

Sərgidə əsrlər boyu Türklərin yaşadığı əraziləri göstərən xəritələr, Şərqi Türküstan, böyük coğrafiyaşünasların Mərkəzi Asiya, bugünkü türk dövlətlərini göstərən xəritələr, qədim Azərbaycan dövlətlərinin ərazilərini əks etdirən tarixi xəritələr, Qafqazların ən qədim dövr, orta əsrlər, habelə Sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş olunub.

Sərginin açılışında Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan, Türkiyə Səfirliklərinin diplomatları, Özbəkistanın dövlət və hökumət nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, təhsil sahəsinin tanınmış nümayəndələri, müəllim və tələbələr, jurnalistlər iştirak ediblər.

Sərgidə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun xəritələr kolleksiyasından istifadə olunub.

13.12.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası