Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Yoshlar” telekanalı Azərbaycanda keçirilən Milli Yaylaq Festivalı haqqında veriliş yayımlayıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistanın “Yoshlar” telekanalının “Sayohatlar shamoli” verilişində Azərbaycan və Türk xalqlarının min illərə söykənən zəngin yaylaq ənənələri və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə ölkəmizdə hər il keçirilən Yaylaq Festivalı haqqında veriliş yayımlayıb.

Televiziya verilişində bu il Göygöl rayonunun Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçirilmiş II Milli Yaylaq Festivalı ilə bağlı maraqlı materiallar nümayiş etdirilib.

Jurnalist Mavluda Tashpulatovanın aparıcılığı ilə verilişdə dünyanın 22 ölkəsindən 300-ə yaxın qonağın iştirak etdiyi II Milli Yaylaq Festivalı Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaqların və köçəri mədəniyyətin beynəlxalq miqyasda qorunması və təbliği məqsədilə keçirilməsi haqqında geniş məlumat öz əksini tapır.

Aparıcı M. Tashpulatova qeyd edib ki, tədbirdə Türk xalqlarının nümayəndələri öz çadırlarının quraşdırılması və tematik guşələrin açılması ilə ölkələrinin mədəniyyətini nümayiş etdiriblər.

Verilişdə Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdunda yaradılmış etno-qəsəbədə “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr nümayiş etdirlir və onlar haqqında geniş məlumat verilir. Hazırlanmış proqramda tamaşaçılar xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının, yerli kollektivlərin çıxışları, milli rəqslər, xalq mahnıları, Azərbaycan mədəniyyətinin nümunələri, səhnə və teatr kompozisiyaları, qədim xalq oyunları, əl işləri, milli geyim nümunələri ilə tanış ola biliblər.

Qeyd olunur ki, “Milli Yaylaq Festivalı” həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələri və mədəniyyətlərinin qarşılıqlı tanıdılması, bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadı

Müəllif vurğulayır ki, Festivalda idman oyunları, atçılıq oyunları , yarışları, səhnəciklər, və milli idman növləri nümayiş etdirilib, mədəni-etnoqrafik hissəyə aşıq mahnıları, milli rəqslər (yallı, cəngi), xalq mahnıları, skit və tamaşalar daxil edilib.

Verilişdə festivalda "Yaylaq (idman) oyunları" şərti adı altında qədim ənənələrə əsaslanan yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışlar, nümunəvi çıxışlar nümayiş olunub.

19.12.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası