Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan dili fakültəsi və “Heydər Əliyev auditoriyası” yaradılacaq.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türkologiya fakültəsi bazasında Azərbaycan dili fakültəsinin yaradılması üzrə işlər aparılır.

Dünən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçеhrə Rixsiyeva qəbul etmiş və tərəflər arasında sözügedən Universitetdə görüş keçirilmişdir.

Görüşdə Universitetdə yaradılacaq Azərbaycan dili fakültəsi ilə əlaqədar gələcək planlar müzakirə edilmiş, Özbək və Azərbaycan tərəfinin bu işə dəstəyi, qeyd olunan məsələlərlə bağlı bir sıra detallar müzakirə olunmuş və fikir mübadiləsi aparılmışdır.

Gülçеhrə Rixsiyeva dövlət başçılarımızın səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər yüksək səviyyəyə qaldırıldığını və təhsil sahəsində əməkdaşlıqda da son zamanlar irəliləyişin əldə olunduğunu qeyd edib. O, Universitetdə Türkologiya fakültəsinin 2020-ci ildə yarandığını və uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, sözügedən fakültənin bazasında Azərbaycan dili fakültəsinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Rektor bu istiqamətdə Azərbaycan tərəfinin müvafiq dəstəyini xahiş edib.

Gülçеhrə Rixsiyeva 2023-cü ilin fevral ayından sınaq müddəti olaraq Universitetdə Azərbaycan dili fakültəsinində dərslərə başlayacaqlarını, yeni tədris ilindən isə sözügedən fakültəyə qəbul elan ediləcəyini və sentyabr ayından rəsmi olaraq dərslərə başlanılacağını qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsinin yaradılması işinə dəstək üçün rektor Gülçеhrə Rixsiyevaya təşəkkürünü bildirmişdir. S.Abbasov ilkin olaraq yaradılan fakültəni əyani vəsaitlərlə, nəşrlərlə təchizatı, dərsləri aparacaq müəllim və mütəxəssislərlə təmin olunması məsələsində Azərbaycan Mədəniyyət Mərkəzinin müvafiq dəstək göstərəcəyini bildirib.

Diplomat Samir Abbasov Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin 2023-cü ildə 100 illiyinin geniş qeyd olunduğunu və Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti il “Heydər Əliyev ili” elan olunduğunu qeyd edib.

O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğu, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəyə - strateji əməkdaşlıq səviyyəsinə qaldırılmasında müstəsna xidmətlərini nəzərə alaraq, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılan Azərbaycan dili fakültəsi üçün auditoriyaya Heydər Əliyevin adının verilməsini təklif edib və təklif Özbək tərəfindən qəbul olunub.

Samir Abbasov “Heydər Əliyev auditoriyası”nın təşkili, tərtibatı, auditoriyanın çoxfunksiyalı qurulması, içində müvafiq kitabxananın, dil öyrənilməsi, açıq dərslərin, onlayn mühazirələrin keçirilməsi, auditoriyada Azərbaycanın nailiyyətləri, tariximiz, dövlətçiliyimiz, milli mədəniyyətimizə dair guşələrin təşkili, sənədli və bədii filmlərimizin nümayişinin təmin ediləcəyini bildirib.

Samir Abbasov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilini öyrənmək məqsədi ilə mütəxəssislər tərəfindən xüsusi onlayn portalın, habelə nəşrin yaradılması üzərində iş getdiyini və yaxın zamanlarda bu layihənin yekunlaşacağını bildirib. O, sözügedən layihənin Azərbaycan dili fakültəsi üçün əhəmiyyətini vurğulayıb.

Daha sonra Universitetin Azərbaycan dili fakültəsi üçün ayrılan otaqlara, Türkologiya fakültəsi üçün yaradılan imkan, kitabxanaya baxış keçirilib.

Tərəflər Azərbaycan dili dərslərinin keçiriləcəyi “Heydər Əliyev auditoriyası” üçün xüsusi zal seçiblər.

22.12.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası