Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Zahirəddin Babura həsr olunmuş beynəlxalq konfransda Azərbaycan da geniş təmsil olunub.


Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda “Baburilər sülaləsi: tarixi, ədəbiyyatı, mədəniyyəti” adlı elmi konfrans keçirilib.

Beynəlxalq konfrans Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutu, Hindistanın Özbəkistandakı Səfirliyi və Hindistan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə Özbəkistan və Hindistan alimləri ilə yanaşı, onlayn formatda Azərbaycan, Türkiyə, İran, İsveçrə və digər ölkələrin baburşünas alimləri də iştirak ediblər.

Konfransı Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov açaraq şair və dövlət xadimi Zəhiriddin Məhəmməd Babur və Baburilər sülaləsi haqqında məlumat verib, bu sülalənin tarixdəki yerindən danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov orta əsr Şərq mədəniyyətində, ədəbiyyatında və poeziyasında mühüm yer tutan yazıçı, özbək klassik ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, böyük şair, tarixçi, dövlət xadimi, istedadlı sərkərdə Zəhiriddin Məhəmməd Babur və Baburilər sülaləsi haqqında ətraflı söhbət açıb.

O deyib ki, Babur Hindistanda Baburilər sülaləsini yaradıb və bu ölkənin tarixinə böyük dövlət xadimi kimi düşüb. Şairin özbək dilində yazdığı “Baburnamə” əsəri çox məşhurdur.

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər “Ankara Milli Kitabxanasında Baburun əsərləri”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova “Baburnamə”də təzkirəçilik ənənələri” və həmin institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Məmmədov “Baburun əsərləri ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi” mövzularında məruzələr ediblər.

Türkiyədən olan alim Tanju Seyhan, Şərqşünaslıq İnstitutunun əməkdaşları Salimaxon Eşonova, Aysara Madaliyeva və başqaları Babur və Baburilər sülaləsi haqqında ətraflı məlumat veriblər.

Sonra tədbirdə fəal iştirak etdiyinə görə Samir Abbasova institutun diplomu təqdim olunub.

21.02.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası