Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Jurnalistlər İttifaqı Azərbaycan mediasında Özbəkistan mövzusu, dostluğumuzu geniş təbliğ edən azərbaycanlı jurnalistləri mükafatlandırdı.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2022-ci il üzrə elan olunan Özbəkistanda Azərbaycana dair keçirilən müsabiqəyə yekun vurub.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzində 26 dekabr tarixində keçirilən mərasim Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramına həsr olunub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər İttifaqının rəhbərliyi, ictimaiyyət nümayəndələri, Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbir çərçivəsində Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev çıxış edərək Azərbaycanda Özbəkistan mövzusunu, dostluğumuzu, əməkdaşlığımızı geniş təbliğ edən bir sıra azərbaycanlı jurnalistlərin Özbəkistan dövləti tərəfindən xüsusi mükafata layiq görüldüyünü bildirib.

Akbar Maqdiyev sözügedən jurnalistlərin Azərbaycan elektron KİV-də monitorinq aparılaraq müəyyən edildiyini qeyd edib.

Beləliklə Azərbaycan mediasından mükafatlar Azərbaycanın “Mədəniyyət” qazetinin əməkdaşı Lalə Azəri, “Yeni Müsavat” media qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu, Azərbaycan “Türküstan qazeti”nin baş redaktoru Aqil Camal, azərbaycanlı yazıçı-türkoloq - jurnalist Yunus Oğuz, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar-publisist Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının ədəbiyyat şöbəsinin müdiri İntiqam Yaşar layiq görülüb.

Tədbirdə Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev xüsusi mükafatları azərbaycanlı jurnalistlərə göndərmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Jurnalistlər İttifaqına mükafatlandırma üçün öz təşəkkürünü bildirib və qeyd edib ki, bu münasibət Azərbaycan jurnalistlərində stimul yaradacaq, mətbuatımızda qardaş Özbəkistanla, dostluq və əməkdaşlığımıza dair çox sayda materialların yayılmasına səbəb olacaqdır.

28.12.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası