Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış etdi.


Bəyanat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və müvafiq qurumlara göndərilib.

“Hesab edirik ki, bu hadisələri, Xocalı qətliamını Soyqrım kimi nə qədər çox dünya dövlətləri, beynəlxalq təşkilatlar rəsmi olaraq tanısa və gənc nəsillərə çatdırılsa, bu gələcək sülhə, insanlığın xoşbəxt və təhlükəsiz yaşamasına bir o qədər də faydalı olar.”

Özbəkistan və Azərbaycan xalqlarının tarixi dostluğu, qardaşlıq bağları zamanın sınağından çıxaraq, humanizm və tolerantlıq ənənələrinə sədaqəti qoruyub saxlamışdır. Bu, özünün parlaq təsdiqini Azərbaycan xalqının 30 ildən artıq əvvəl Dağlıq Qarabağda erməni separatçıları tərəfindən törədilmiş təxribatçı müharibəyə cəlb edilməsində tapdı.

Bütün bu illər ərzində Azərbaycan hökuməti ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması, Azərbaycanın qanunsuz zəbt olunmuş Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun geri qaytarılması üçün nə qədər böyük səylər göstərdiyinin şahidi olduq.

Lakin mövcud problemin sülh yolu ilə həllinə yönəlmiş əbəs cəhdlərə baxmayaraq, işğalçıların növbəti təxribat xarakterli hərəkətlərindən sonra uzanan münaqişə 2020-ci ildə öz məntiqi nəticəsini və həllini tapdı.

Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu illər ərzində Özbəkistan dövləti, xalqımız, xüsusən də “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin nümayəndələri Azərbaycanın haqq işinə daim dəstək göstərmiş, qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması və bu istiqamətdə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan işğalına qarşı qəbul etdiyi 4 qətnaməsinin icra olunmasını tələb edib.

Eyni zamanda, Özbəkistan xalqı hər zaman erməni terrorçularının dinc azərbaycanlı əhaliyə qarşı təcavüzkar hərəkətlərini pisləyib.

Hesab edirik ki, dinc əhaliyə qarşı zorakılıq, qətliam və soyqırımların həyata keçirilməsi siyasəti sağlam düşüncə, insani dəyərlərə və beynəlxalq hüquq, normaların kobud surətdə pozulmasıdır.

Bu günlərdə Azərbaycanın kiçik şəhəri Xocalıda baş verən və bütün insanlığı lərzəyə gətirən, tarixə “Xocalı faciəsi”, “Xocalı soyqırımı” kimi düşən, insanlıq tarixində isə “qara ləkə” kimi yadda qalan hadisələrin 30 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə artilleriya atəşindən qaçan yüzlərlə müdafiəsiz dinc əhali qadın, uşaq, yaşlı azərbaycanlı erməni terrorçuları tərəfindən təqib edilərək xüsusi qəddarlıq və amansızlıqla öldürülüb və dinc əhaliyə qarşı xüsusi qətliam, soyqırım həyata keçirilib.

Rəsmi məlumatlara əsaslanaraq 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər insan vəhşicəsinə öldürülüb. Bundan başqa, statistika göstərir ki, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 487 nəfər xəsarət alıb, o cümlədən 76 uşaq, 150 nəfər itkin düşüb.

Təbii ki, bu məlumatlar soyqırım zamanı insan tələfatı və dəymiş maddi, həm də mənəvi zərərin hələ tam statistikası deyil.

Dünyanın müxtəlif ölkələri, o cümlədən Çexiya, Rumıniya, Pakistan, Bosniya və Herseqovina, Meksika, Şotlandiya, Türkiyə, İordaniya, Honduras, Sudan, Kolumbiya, Cibuti, Peru, Honduras, Panama, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-ın 24 ştatı Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Hesab edirik ki, bu hadisələri, Xocalı qətliamını Soyqrım kimi nə qədər çox dünya dövlətləri, beynəlxalq təşkilatlar rəsmi olaraq tanısa və gənc nəsillərə çatdırılsa, bu gələcək sülhə, insanlığın xoşbəxt və təhlükəsiz yaşamasına bir o qədər də faydalı olar.

Biz bu qətliam-soyqırımda həyatlarını itirən dinc insanların əziz xatirəsini hörmətlə anmaqla bu cür dəhşətli qeyri-insanı hadisələrin bir daha təkrarlanmamasını və bu qanlı cinayətin təşkilatçılarının ədalət qarşısında mühakimə olunmasını tələb edirik.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti olaraq Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırım siyasətini qətiyyətlə pisləyir, qardaş Azərbaycan xalqının kədərinə şərik olduğumuzu və bu faciəli hadisələri daim kədər, üzüntü ilə xatırladığımızı bildiririk.

Azərbaycan tərəfinin bu qətliam və soyqırımı həyata keçirən cinayətkarların cəzalandırılması ilə əlaqədar başlatdığı işləri yüksək qiymətləndirir və bütün sivil dünyanı, insan hüquqları sahəsində beynəlxalq təşkilatları bu sahədə aktivlik göstərməyə çağırırıq.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə hər il Xocalı soyqırımına həsr olunmuş tədbirlər, layihələr keçirir, bu soyqırımda şəhid olan insanlarımızın əziz xatirəsini ehtiramla yad edirik.

Biz bir daha öz torpaqlarının azadlığı uğrunda Vətən savaşına çıxmış və böyük, şanlı tarix yazmış, qürurlu, qəhrəman, tolerant, öz qonaqpərvərliyi ilə məşhur olan Azərbaycan xalqının yanında olduğumuzu bildiririk.

Vətən uğrunda öz əziz canlarından keçən azərbaycanlı şəhidlərin, gənclərin qəhrəmanlıq şücaəti təkcə azərbaycanlılar üçün deyil, bütün Türk xalqlarının, özbəklərin, eləcə də bəşər insanının qəlblərində daim ehtiramla və rəhmətlə yad edilir və ediləcəkdir.

"Özbəkistan-Azərbaycan" Dostluğu Cəmiyyətinin
İcraçı direktoru, tarix elmləri doktoru, professor
Erkin Nuriddinov



23.02.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası