Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə keçirilən Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirdə Azərbaycan dili və mədəniyyəti təmsil olunub.


Daşkənd Toxuculuq və Yüngül Sənaye Universitetində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Özbəkistandakı bir sıra səfirliklərin nümayəndələri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbiri universitetin rektoru, professor İlxom Sabirov açaraq Beynəlxalq Ana Dili Gününün əhəmiyyəti haqqında danışıb. Bildirib ki, bütün dünyada bu bayram fevralın 21-də qeyd edilir. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə bu bayramı tanıyıb. UNESCO-nun baş konfransında isə 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub. Qeyd edilib ki, bu bayram 1952-ci ildə Pakistanda benqal dilinin qadağan olunması ilə bağlı keçirilən etirazlara və həlak olan dörd nəfərin xatirəsinə ehtiram əlaməti olaraq keçirilir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov Azərbaycan dilinin zənginliyi barədə danışıb, Ana dilinin müqəddəs olduğunu, müstəqil dövlətlərimizin rəmzi olduğunu qeyd edib, böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyib. O, Ulu öndər Heydər Əliyevdən sitat gətirib: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir.”

Tədbirdə müxtəlif ölkələrin nümayəndələri ana dili haqqında fikirlərini bildirib, öz dillərində şeirlər səsləndiriblər.

Mərasimin bədii hissəsində müxtəlif xalqların mahnı və rəqsləri ifa olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, İlham Abdullayev sazda qədim el havalarımızı ifa edib.

Tədbirdə aktiv iştirak etdiyinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə diplom verilib.

23.02.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası