Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı soyqırımında ölən insanlıq” adlı tədbir və ağacəkmə kompaniyası keçirilib.


Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı soyqırımında ölən insanlıq” adlı anım tədbiri keçirib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak edib.

İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin həyətində Xocalı faciəsi, Qarabağ münaqişəsi ilə bağlı fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, mərkəzdəki “Şəhidlər Bağ”ına əklil və çiçək dəstələri düzüblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Səfir deyib ki, 30 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini mühasirəyə alıblar. O vaxt şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlılıqla qocaları, qadınları, uşaqları atəşə tutdular. Diplomat Xocalıda qəddarlıqla öldürülən insanlar, yaralananlar və itkin düşənlər haqqında məlumat verib.

Hüseyn Quliyev deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistan prezidenti Serj Sarkisyan lovğalıqla belə cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.

Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda dünyanın 17 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalı soyqırımını tanıyıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, professor Erkin Nuriddinov Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, ermənilərin işğalçılıq siyasətinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd edib.

Sonra mərasim iştirakçıları Daşkənddəki “Heydər Əliyev parkı”nda ağacəkmə kampaniyası keçirilib, soyqırım qurbanlarının əziz xatirəsini əbədiləşdirmək üçün 30 ağac əkilib.

Səfir Hüseyn Quliyev və digər qonaqlar parkda müxtəlif ağac tingləri əkiblər.

24.02.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası