Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Novruz bayramı münasibəti ilə bir sıra azərbaycanlı elm, mədəniyyət, ədəbiyyat xadimlərini mükafata layiq görüb.


Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyəti Novruz bayramı münasibəti ilə bir sıra azərbaycanlı elm, mədəniyyət, ədəbiyyat xadimlərini iki ölkə, qardaş xalq arasında dostluq, əməkdaşlıq, mədəniyyət, humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi, xalq diplomatiyasının inkişafı yolunda xidmətlərini nəzərə alaraq, onları mükafata layiq görüb.

Cəmiyyətin Fəxri diplomuna Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Elman Quliyev, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri, şair, tərcüməçi Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Azərbaycan Respublikasının xalq artisti, vokalist Gülyanaq Məmmədova, Azərbaycanın əməkdar artisti, tarzən Sahib Paşazadə layiq görülüblər.

Bu barədə qərarı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbir çərçivəsində “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov elan etmiş və Fəxri diplomlar Azərbaycan tərəfinə çatdırılması məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim olunub.

Qeyd edək ki, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti mütəmadi olaraq Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir və hər il bu istiqamətdə çoxsaylı layihələr və tədbirlər reallaşdırılır.

19.03.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası