Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Daşkəndə keçirilən möhtəşəm Novruz şənliyində Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan stendini ziyarət etdi.


Daşkənddəki Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birgə Novruz şənliyində iştirak edib.

Azərbaycan guşəsində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın tarixi və mədəniyyətinə dair özbək dilində çap olunan nəşrlər, suvenirlər nümayiş etdirilib.

Sərgidə iştirak edən qonaqlara Novruz şirniyyatı-şəkərbura, paxlava, qoğal və digər təamlar təklif olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Novruz bayramı tədbirinə gəlib, mədəniyyət mərkəzlərinin təqdim etdiyi sərgiyə baxıb.

Azərbaycan üçün ayrılan guşədə Prezident Şavkat Mirziyoyev təqdim edilən kitablara, suvenirlərə maraqla baxıb və stendini yüksək qiymətləndirib.

Prezidentin qarşısında saz ustası İlham Abdullayev qədim el havalarını, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

21.03.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası