Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimi keçirilib.


Aprelin 19-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən qurumun direktoru professor Kərim Tahirov özbək yazıçısı Babaxan Şərifin Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərinləşməsində və türk dövlətləri arasında dostluq əlaqələrinin möhkəmlənməsində əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Direktor bildirib ki, Babaxan Şərif Özbəkistan-Azərbaycan ədəbi-elmi əlaqələrinin inkişafında önəmli rola malik ziyalılardandır. Onun həyatının böyük hissəsi elmi, ədəbi tərcümə yaradıcılığı ilə, kitabla, ədəbiyyatla bağlı olub. Yazıçının “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabı Azərbaycan ədəbiyyatının təbliğinə həsr olunub.

Çıxışı zamanı K.Tahirov Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin qurulmasında mühüm xidmətləri olan və Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və tədbirdə yaxından iştirak edən Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya öz təşəkkürünü bildirib.

Tədbirdə Qənirə Paşayeva çıxış edərək böyük ustad və şəxsiyyət Babaxan Şərifi Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, bir neçə il öncə Babaxan müəllimin 70 illik yubileyi Azərbaycanda keçirilib. Həmin yubiley tədbirləri zamanı “Özbək-Azərbaycan” lüğətinin də təqdimatının keçirildiyini iştirakçıların diqqətinə çatdıran Q.Paşayeva vurğulayıb ki, ustad Babaxan Şərifin ən böyük arzularından biri Şuşanı görmək idi ki, bu yaxınlarda o, Şuşada səfərdə olub və orada Xurşidbanu Natəvanın keçirdiyi ədəbi məclisin kiçik bir formasını təşkil edib: “İnanıram ki, Şuşa ziyarətindən sonra Babaxan müəllimin yaradıcılığında bu istiqamətdə yeni işlərin şahidi olacağıq”.

Sonra çıxış edən Samir Abbasov Milli Kitabxanada belə bir tədbirin – Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasiminin təşkil edilməsinin sevindirici hal olduğunu bildirib: “Bir neçə gün öncə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada iki əsrdən sonra tarixi şairlər məclisini təşkil etdik. Həmin tədbirdə Azərbaycan Yazıçılar Birliyindən çoxsaylı nümayəndələr, eləcə də xanəndələr, mədəniyyət, incəsənət xadimləri iştirak etdi. Bu tədbir Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan etməsi ilə əlaqədar keçirildi. Qərara aldıq ki, gələcəkdə bütün türk dünyasında şairlər məclisini təşkil edək. “Şuşa İli” ərəfəsində Özbəkistanda çoxsaylı tədbirlər – dostluq konsertləri, kitab təqdimatları keçirmişik. Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayarkən əsas məqsədi Azərbaycan ədəbiyyatını təbliğ etmək olub və ilk olaraq Nizami Gəncəvi əsərlərinin özbək dilinə tərcümə işini həyata keçirib”.

Daha sonra Türkiyə Ədəbiyyatı Vəqfinin direktoru Serhat Kabaklı, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və digərləri çıxış ediblər.

Sonda görkəmli özbək yazıçısı Babaxan Şərif çıxış edərək tədbirin təşkilinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

20.04.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası