Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı günündə Azərbaycan Mədəniyyət Mərkəzidə iştirak etdi.


Daşkənddə 23 aprel Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib.

Ölkəmizi bu tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Bu il Daşkənddə üçüncü dəfə beynəlxalq festival kimi keçirilən tədbirdə 3000-dən çox qonaq iştirak edib.

Türkiyənin Özbəkistandakı səfiri Olgan Bekar 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə iştirakçıları təbrik edib, bayramın yaranma tarixi haqqında məlumat verib. Səfir 1919-cu ildə Qazi Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizə ilə bağlı söhbət açıb, Türkiyə Böyük Millət Məclisinin 23 aprel 1920-ci ildə qurulduğunu bildirib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Festival çərçivəsində rəqs nömrələri nümayiş etdirilib, xalq mahnıları oxunub.

Konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

Festivalda iştirak edən uşaqlara üzərində “23 Aprel Uşaq Festivalı” yazılmış köynəklər və digər hədiyyələr verilib.

24.04.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası