Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati” şeirlər kitabı Özbək dilində işıq üzü görüb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrinin əsərləri Özbək dilinə tərcümə layihəsi həyata keçirilir.

Növbəti layihə ilə Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati”: kədərin şəkli” şeirlər kitabı Özbək dilində işıq üzü görüb. Kitaba ön sözün müəllifi Özbəkistan Yazıçılar Birliyinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən, tərcüməçi Şahista Kamranlıdır.

Ön sözün müəllifi Özbək şair Qayrat Məcid Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan, şair Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun Özbək dilində ilk dəfə olaraq çap olunan şeirlər kitabının müasir Azərbaycan poeziyası ilə tanışlıq üçün imkan yaradacağına, habelə Özbək ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına, şeirlərdən zövq alacaqlarına ümidini bildirib.

Kitabda şairin “Kədərin şəkli”, “Gələn payız”, “Mənim hekayəm”, “Mən aktyor deyiləm”, “Ümid edirəm ANA KİMİ...”, “Bakıda gecə olmaq...” “Sərgi sevir”, “Sabahın şeiri", “Siz kim olduğunuzu bilirsinizmi?!” və s. şeirləri yer alıb.

Qeyd olunur ki, Fuad Cəfərli müasir Azərbaycan ədəbiyyatında yeni üslubda yazan gənc şairlərindəndir və onun “Qayg‘u surati” kitabı müəllifin son illərdə yazdığı şeirlər toplusudur. Şair poetik nümunələrdə bəşəri hissləri öz dili ilə ifadə etmiş, eyni zamanda, onun müxtəlif mənalı şeirləri fəlsəfi və ruh baxımından bir-birinin davamıdır. Bu şeirlərdə insan ruhu ilə həyatın çətinliyi arasında mübarizə, nəfslə qarşıdurma, ümumiyyətlə ürək ifadələri parlaq bədii obrazlar vasitəsilə çatdırılır. Nəşrdə vurğulanır ki, sözügedən kitab müəllifin özbək oxucuları ilə ilk görüşüdür.

Qeyd edək ki, istedadlı şair Fuad Cəfərli Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Şairin daimi olaraq dövri mətbuatda şeirləri, məqalələri işıq üzü görür. Şair Fuad Cəfərlinin şeirləri bugünə qədər türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən gələcəkdə Fuad Cəfərlinin “Qayg‘u surati” özbək dilində işıq üzü görmüş kitabının Daşkənddə təqdimatı nəzərdə tutulub və nəşr əvəzsiz olaraq Özbəkistan kitabxanalarına hədiyyə olunacaqdır.

24.01.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası