Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Türkiston” sarayında “Altın qalam” Milli mükafatları təqdim edilib, Azərbaycan tərəfi də fərqlənən Özbək jurnalistləri mükafatlandırıb.


Daşkənddəki “Türkiston” Sənət sarayında ХVI “Altın qalam” ənənəvi Milli mükafatın verilməsi münasibəti ilə təntənəli mərasim keçirilib.

Qeyd edək ki, hər il keçirilən və Özbəkistanın fəal jurnalistlərinin mükafatlandırılması məqsədi ilə təşkil edilən mərasimə dövlət və hökumət təmsilçiləri, xarici ölkələrin diplomatik nümayəndəlikləri, jurnalistlər, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Alimjon Usarov tədbiri giriş sözü ilə açaraq Özbəkistan dövləti tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı, jurnalistikanın ölkənin həyatındakı rolu və mövqeyi haqqında danışıb, son zamanlar Özbəkistanda mətbuatın inkişafı, bu istiqamətdə aparılan islahatlar barədə fikirlərini bölüşüb.

Özbəkistan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Şerzod Asadov dövlətin mətbuat sahəsində siyasəti, hər il 3 may - mətbuat azadlığı günü münasibəti ilə keçirilən mərasimdə jurnalistikanın müxtəlif sahələrini əhatə edən qələm sahiblərinə “Altın qalam” Milli mükafatlarının verildiyini bildirib. Şerzod Asadov milli mükafatın ölkədə jurnalistika sahəsinin daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyini qeyd edib.

Sonra qəzet, radio, televiziya, elektron KİV sahəsində fərqlənən jurnalistlərə “Altın qalam” Milli mükafatları təqdim edilib. Qeyd edilən sahələr üzrə birinci, ikinci və üçüncü yerin sahiblərinə Özbəkistan dövləti adından fəxri diplomlar, “Altın qalam” mükafatının rəmzi olan suvenirlər və pul mükafatları verilib.

Azərbaycan tərəfi də iki ölkə arasında dostluğumuzu, əməkdaşlığı, Azərbaycanın haqq işinin təbliği istiqamətində seçilən Özbək jurnalistlərə mükafatlar təqdim edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan mətbuatı ilə sıx əməkdaşlıq platforması yaradıldığını, ölkələrimizin dostluğu, mədəniyyəti, nailiyyətləri, Azərbaycanın haqq işinin Özbəkistanda, Mərkəzi Asiyada yayılması istiqamətində mühüm işlər həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə fərqlənən, müsabiqələrdə qalib olan Özbək jurnalistlərin Azərbaycana Mediaturunun təşkil edildiyini söyləyib.

“Azərbaycanla Özbəkistan arasında dostluq, əməkdaşlıq, habelə keçmiş Qarabağ münaqişəsinə dair çoxsaylı məqalələr və nəşrlərin müəllifi” Şuxrat Salamova, Azərbaycan mədəniyyəti, ədəbiyyatına dair televiziya verilişinə görə “Özbəkistan tarixi” televiziya kanalının rejissoru, aparıcı Dildora Hasanovaya, “Şuşa ili” və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar çoxsaylı məqalələr hazırlayan Özbəkistanın “qalampir.uz” xəbər portalının baş redaktoru Firuzaxon Nacmiddinovaya və “ishonch.uz” xəbər portalı, eyni adlı qəzetin jurnalisti Zebo Namazovaya Azərbaycan tərəfinin diplomları, hədiyyələri və pul mükafatlarına layiq görülüblər.

Türkiyə və Çin Xalq Respublikasının Özbəkistandakı səfirlikləri də “Altın qalam” müsabiqəsi üzrə öz mükafatlarını fərqlənən özbək jurnalistlərə təqdim ediblər.

Tədbir çərçivəsində Özbəkistanın tanınmış incəsənət ustalarının konserti və Özbək milli rəqsləri təqdim olunub.

05.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası