Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın MY5 telekanalında Azərbaycanda turizm potensialı ilə bağlı veriliş nümayiş etdirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki MY5 telekanalında Azərbaycanda turizm potensialı ilə bağlı veriliş nümayiş etdirilib.

Jurnalist Manuçehr Qalandarzadə tərəfindən hazırlanan proqramda İçərişəhərin, o cümlədən Qız qalasının, Şirvanşahlar saray kompleksi və Şirvanşahlar sülaləsinin, 1078-1079-cu illərdə inşa olunan Məhəmməd Məscidinin, 15-ci əsrdə tikilən Buxara Karvansarasının, 15-ci əsrə aid Mirzə Əhməd Məscidinin tarixi haqqında məlumat verilir.

Bildirilir ki, Bakıdakı ən qədim binalar İçərişəhərdə yerləşir. Əslində İçərişəhər şəhər içində şəhərdir. İçərişəhərin ərazisi 22 hektardır. İçərişəhər Xivədəki İçan Kalanın oxşarıdır.

Tarixi abidələrlə zəngin olan İşərişəhərdə də, İçan Kalada da yaşayış var. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub.

Verilişdə qeyd olunur ki, İçərişəhərin altı qapısı var. 1977-ci ildə bura tarix-memarlıq qoruğu elan olunub, 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

08.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası