Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

30 ildən sonra bir ilk! Özbək yazarın əsəri Azərbaycan teatrının səhnəsində.


İrəvan Dövlət Azərbaycan Dram Teatrı özbək tamaşası ilə yeni premyerasını təqdim edib.

Tamaşa Özbəkistanın tanınmış yazıçı-dramaturqu Qoçqar Norqobilin "Beş dul qadın və rəis" eyniadlı komediyası əsasında hazırlanıb.

Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən premyerada Azərbaycanın millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistanın tanınmış yazıçı və şairlərindən ibarət heyət, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev bildirib ki, təmsil etdiyi teatrın bu il 140 illiyi tamam olur: "Artıq teatrımız 140-cı mövsümünün ikinci premyerasını təqdim edir. Bu, Özbəkistanın çox tanınmış dramaturqu Qoçqar Norqobilin "Beş dul qadın və rəis" əsəridir. Əsər millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə İrəvan Teatrında hazırlanıb.

Bu təşəbbüs həm ümumi türkçülüyümüzə xidmət edir, həm də İrəvan Teatrının irəvançılıq missiyasının həyata keçirilməsinə, türk dövlətlərinin daha da qardaşlaşmasına yol açır".

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da çıxış edərək qeyd edib: "Özbəkistan və Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişafı üçün çalışmalıyıq. Bir məsələni qeyd etmək istərdim, Özbəkistanda bir sıra Azərbaycan filmləri, o cümlədən "Əhməd hardadır?", "Qaynana" və sairə filmlər tərcüməsiz nümayiş olunur. Həmçinin bilirlər ki, hansı mahnımız hansı filmdəndir.

Bir sözlə, Özbəkistanda Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına böyük sevgi var. Qoçqar Norqobil və xanımı, tanınmış şairə Xasiyyət sözün əsl mənasında Özbəkistandakı Azərbaycandırlar. Onlar Azərbaycanı sevgi ilə təbliğ edən, bizimlə ağlayan, bizimlə sevinən insanlardır. Xasiyyət xanım Tovuz hadisələri zamanı daim yazırdı və bir kitab çap etdi. Həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız zəfər münasibəti ilə "44 gün" kitabını nəşr etdirib".

Daha sonra millət vəkili Qənirə Paşayeva İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevi, teatrın baş rejissoru Sərvər Əliyevi, bəstəkar, Xalq artisti Sərdar Fərəcovu, yazıçı-dramaturq Qoçqar Norqobilini və Bakıda səfərdə olan Özbəkistan heyətinin üzvlərini mükafat və hədiyyələrlə təltif etdi.

Daha sonra gözlənilən tamaşa təqdim olundu. Xatırladaq ki, "Beş dul qadın və rəis" bir hissəli komediyanın quruluşçu rejissoru Sərvər Əliyev, bəstəkarı Sərdar Fərəcov, şerlərin müəllifi Rəsmiyyə Sabirdir. Tamaşada baş rollarda Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Elnarə Heydərova, Xədicə Məmmədova, Natiq Həziyev, Güney Əliyeva, Pərvin Dadaşova, Səbinə İmanverdiyev, Niyaməddin Səfərəliyev, Bəhruz Hikmətoğludur.

Əsərdə şirkətə yeni təyin olunmuş müdiri beş dul qadının hansı yolla olursa-olsun yoldan çıxarıb, özlərinə tabe etdirə bilməklərindən bəhs olunur. Rəis isə öz həyat yoldaşını işə xadimə kimi götürüb, işdəki qadınların bütün planlarını öyrənib, əks hücuma keçir.

Tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev açıqlamasında bildirib ki, 30 ildən sonra ilk dəfədir ki, özbək əsəri Azərbaycan teatrının səhnəsində nümayiş olunur:

"Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, özbək dramaturqunun əsəri Azərbaycan teatrında səhnəyə qoyulur. Əslində əsərin nümayişi daha əvvəl nəzərdə tutulmuşdu. Lakin baş verən pandemiya buna mane oldu, daha sonra bir aktrisanın qolu qırıldı və sairə. Beləliklə, tamaşanın premyerası 9 may Qələbə Gününə təsadüf etdi. Gördüyünüz kimi tamaşa anşlaqla keçdi. Ümid edirik ki, tamaşaçılar əsəri bəyəndilər".

10.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası