Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Ali Məclisinin deputatları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdilər.


Özbəkistan Ali Məclisinin deputatları Azərbaycana səfər öncəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələrək, Mərkəzi ziyarət etmiş, Mərkəzin direktoru Samir Abbasovla görüş keçirmişlər.

Görüşdə Özbəkistan Ali Məclisinin Hüquq məsələləri komitəsinin sədri Cahongir Şirinov, Beynəlxalq məsələlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Uktam İslamov, Elm, təhsil, mədəniyyət və idman komitəsinin üzvü, deputat Oydin Abdullayeva, deputat Nigora Kutlimuratova iştirak ediblər.

İlk öncə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları salamlayaraq, rəhbərlik etdiyi Mərkəzi ziyarət etmələri və görüş üçün Özbək deputatlara təşəkkürünü bildirib. Diplomat Mərkəzin fəaliyyəti, onun iki ölkə arasında mədəniyyət, turizm, təhsil, mətbuat, diaspora, ümumilikdə humanitar sahədə əməkdaşlığın genişdəndirilməsi və inkişafına dəstək olduğunu söyləyərək, Azərbaycanın zəngin mədəniyyətinin tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.

Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzin açılışı zamanı söylədiyi fikri qeyd edib: Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəz Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir. S.Abbasov ulu öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri və müstəqilliyimizin xilaskarı olduğunu, onun xatirəsinin isə hər bir azərbaycanlı üçün əziz olduğunu söyləyib.

Diplomat Azərbaycan-Özbəkistan yüksək səviyyəli strateji əməkdaşlıq, ölkə başçılarımız arasında dostluq əlaqələrini qeyd edərək, Azərbaycan dövlətinin Özbəkistanla bütün sahələrdə əməkdaşlığa, xüsusilə mədəniyyət sahəsində əlaqələrə böyük önəm verdiyini vurğulayıb.

S.Abbasov 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan olunduğunu, Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğal edilən torpaqlarının 2020-ci ildə azad edildiyini qeyd edib. O, Azərbaycan mədəniyyətinin paytaxtı, tarixi Şuşa şəhəri haqqında məlumat verib, azad olunan ərazilərimizdə ermənilər tərəfindən həyata keçirilən vandallıq, bütün evlərin, mülki obyektlərin, tarixi abidələrin məhv edildiyini, ölkəmizə böyük maddi və mənəvi zərər dəydiyini vurğulayıb. Diplomat hazırda Azərbaycan dövləti tərəfindən azad olunan Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri barədə məlumat verib.

Özbəkistan Ali Məclisinin Hüquq məsələləri komitəsinin sədri Cahongir Şirinov qardaş Azərbaycanla əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini, prezidentlərimiz arasında yüksək səviyyəli dostluq əlaqələri, xalqlarımızın soykökünün, dil, din, mədəniyyətinin bir-birinə yaxın olmasını vurğulayaraq, Azərbaycanın müstəqillikdən sonra keçdiyi tarixi yol, qazandığı nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın ötən ay Özbəkistana səfəri, Parlamentlərarası əlaqələrin inkişafına dair faydalı görüşlərin, müzakirələrin keçirildiyini qeyd edib. Komitə sədri Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanışlıqdan məmnunluğunu ifadə edib və Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.

Ali Məclisin Elm, təhsil, mədəniyyət və idman komitəsinin üzvü, deputat Oydin Abdullayeva iki xalq, dövlətlərimiz arasında tarixi dostluqdan danışıb, Özbəkistanda bu cür möhtəşəm və öz fəaliyyəti ilə seçilən Azərbaycan Mədəniyyət Mərkəzinin olmasından sevindiklərini, Mərkəzin iki ölkə arasında mədəni əlaqələrinin genişləndirilməsində xüsusi rolunu qeyd edib. Mərkəzin imkanlarından yerli azərbaycalılarla yanaşı, Özbəkistanın bütün vətəndaşlarının faydalandığını xüsusi vurğulayan deputat, Mərkəzin işi, muzeyləri ilə tanışlıq nəticəsində bir daha onlarda Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi haqqında yüksək təəssürat oyandığını bildirib.

Deputat Oydin Abdullayeva Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu, bu istiqamətdə hər il çoxsaylı tədbirlər və layihələrin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Deputat Oydin Abdullayeva Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə bu yaxınlarda görüşü yüksək dəyərləndirərək, Azərbaycana reallaşdırılacaq səfərləri zamanı da mədəniyyət sahəsində əməkdaşlığın müzakirə olunacağını qeyd edib.

Görüşdən sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili, kompyuter kursları, milli rəqslər, rəsm, əl işləri, fortepiano dərnəklərinin fəaliyyəti ilə tanış olublar. Onlara məlumat verilmişdir ki, Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklərin xidmətlərindən bütün Özbəkistan vətəndaşları istifadə edir, son 9 ildə ümumilikdə 1106 nəfər uşaq, yeniyetmə və gənc kurs və dərnəkləri başa vurmuş, təlimlər almış və onlara sertifikatlar verilmişdir. Kurs və dərnəklərimizdə iştirak edən 24 nəfər Özbəkistan vətəndaşı Azərbaycan ali məktəblərində təhsil almaq imkanı əldə etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyləri ilə tanış olan Özbəkistan Ali Məclisinin deputatları Mərkəzin Heydər Əliyev, Azərbaycan tarixi, Azərbaycan-Özbəkistan dostluq muzeylərində təşkil edilən ekponatlar və guşələrə xüsusi maraq göstərmişlər. Qonaqlara məlumat verilib ki, ayda 2 dəfə Daşkənddəki ali məktəblərin tələbələri, habelə hər həftə çoxsaylı orta məktəblərin şagirdləri üçün Mərkəzə, onun muzeylərinə ekskursiyalar təşkil olunur.

Özbək deputatlar Azərbaycan Mədəniyyət Mərkəzinin Dostluq Muzeyində də olaraq, muzeyin tərtibatı, dostluğumuza dair yaradılan guşələri yüksək qiymətləndirmiş, bu barədə öz fikirlərini, təkliflərini bölüşüblər.

Sonda Özbəkistan Ali Məclisinin deputatları adından Elm, təhsil, mədəniyyət və idman komitəsinin üzvü, deputat Oydin Abdullayeva Azərbaycan Mədəniyyət Mərkəzinin xatirə kitabına ürək sözlərini yazmış və qonaqlara Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan kitablar hədiyyə edilmişdir.

12.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası