Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın dünya şöhrətli “Özbegim Yoshları” musiqi qrupunun konsertində Azərbaycanda təmsil olundu.


Daşkənddə “Türkiston” sarayında Özbəkistanın dünyada tanınmış məşhur “Özbegim Yoshları” musiqi qrupunun 18 illiyi ilə əlaqədar böyük konsert proqramı keçirilib. Konsert proqramına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi dəstək göstərib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə Özbəkistan musiqiləri ilə yanaşı Azərbaycan musiqiləri də ifa edilib. Özbəkistanın xalq artisti Jenisbek Piyazov böyük Azərbaycan baritonu, Azərbaycan və SSRİ-nin xalq artisti Müslim Maqomayevin "Mavi əbədiyyət" mahnısını, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova Azərbaycan, SSRİ, həm də Özbəkistanın xalq artisti Zeynəb Xanlarovanın “Bülbülüm” mahnısı ifa ediblər.

Konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin "Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı "Qafqaz rəqsini" və "Güllər kompozisiyası" rəqslərini ifa ediblər.

Qeyd edək ki, “Özbegim Yoshları” musiqi qrupu dünyanın 30-dən çox ölkəsində - Fransa, Amerika, Almaniya, Belçika, Çin, Malayziya, Nikaraqua, İtaliya, Yaponiya, Meksika, Rusiya və s. ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etmiş və çoxsaylı mükafatlara layiq görülüb. Musiqi qrupunun Özbək mədəniyyəti, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdir və qrupda özbək musiqisinin bütün sahələrinin vokal, estrada, makom, şərq rəqslərinin əhatə olunur.

22.05.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası