Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Tanınmış Azərbaycan yazıçısı Xalidə Hasilovanın “Siren dastası” adlı əsəri Özbəkistanda nəşr edildi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Xalidə Hasilovanın hekayələri Özbək dilinə tərcümə edilərək Daşkənddəki «Renessans press» nəşriyyatında çap edilib.

Xalidə Hasilovanın “Siren dastası” adlanan hekayələr toplusunu Özbək dilinə tərcüməçi Şokir Dolimov uyğunlaşdırmışdır.

Kitabın ön sözünün müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

"Ədəbiyyatımızın, nəsrimizin əbədiyaşar Xalida xanımı” başlıqlı ön sözdə Azərbaycan oxucularının əsərlərini sevə-sevə oxuduqları yazıçılardan biri, XX əsr Azərbaycan nəsrinin və publisistikasının tanınmış nümayəndəsi kimi Xalidə Hasilovanın yaradıcılığı haqqında məlumat verilir.

Qeyd olunur ki, ədəbiyyata xidmət müəllifin kimliyi ilə deyil, ədəbi əsərlərinin uğuru ilə qiymətləndirilir. Xalidə Hasilova ədəbiyyata uşaq yazıçısı kimi gəlsə də, sonralar həm uşaqlar, həm də böyüklər üçün yazdığı maraqlı nəsr əsərləri ilə geniş oxucu kütləsinin qəlbini fəth etmişdir. Çoxsaylı kitablar, dram əsərləri nəşr olunmuş yazıçının hekayələri ilk dəfə olaraq qardaş Özbəkistanda Özbək dilinə tərcümə edilərək işıq üzü görür.

“Siren dastası” kitabında yazıçı Xalidə Hasilovanın “Həyatın kəsişməsi”, “İradə”, “Uzaq keçmişdə”, “Meşə qızı”, “Xatirə”, “Gecə söhbəti”, “Yağış dayandı”, “Çoxdan gözlənilən məktublar” və başqa əsərləri yer alıb.

Nəşrin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənddə təqdimatının keçirilməsi və Özbəkistan kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.

31.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası