Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

“Wikipediya”da Mirzə Ələkbər Sabir haqqında
özbək dilində bölmə istifadəyə verilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə böyük Azərbaycan şairi, ədəbiyyatımızda yeni ədəbi məktəbin banisi, görkəmli satirik-maarifpərvər ictimai xadim Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində “Mirzo Alakbar Sobir” adlı bölmə istifadəyə verilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Wkipediya” heyəti tərəfindən yaradılmış bölmədə böyük şairin həyatı, yaradıcılığı, onun ədəbiyyatımıza verdiyi töhfələr, yaratdığı zəngin ədəbi irs və s. məlumatlar yer alıb.

Qeyd olunur ki, M.Ə.Sabir Azərbaycan ədəbiyyatı tarixində yeni ədəbi məktəb yaratmış mütəfəkkir, satira ustası və mahir pedaqoqdur.

Yaradılan bölmədə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədqulzadə ənənələrini layiqincə davam etdirən Mirzə Ələkbər Sabirin satiralarının özünəməxsusluğu, orijinallığı, sələflərinin poeziyasından fərqli xüsusiyyətləri barədə məlumat verilir, şairin şeirlərinin xələflərinə, ədəbi prosesə güclü təsir göstərməsi qeyd olunur.

Bölmədə Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir yaradıcılığına dair fikirlərindən sitat gətirilir: “Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapıb.”

“Wikipediya” Elektron Ensiklopediyasında yaradılan Mirzə Ələkbər Sabir haqqında Özbək dilində bölmədə şairin yaradıcılığına geniş nəzər salınır, habelə onun xatirəsinin əbədiləşdirilməsinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğu vurğulanır. Qeyd olunur ki, bu məqsədlə Azərbaycanın Sabirabad rayonuna dahi şairin adı verrilib, Bakıda və doğulduğu Şamaxı şəhərində onun heykəli qoyulub, 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb və yubiley geniş qeyd olunub.

Bölmədə şairin şeir və satiraları, tərcümələri, haqqında çap olunmuş kitabların siyahısı da öz əksini tapmışdır.

“Wikipediya” Elektron Ensiklopediyasında yaradılan Mirzə Ələkbər Sabirin haqqında Özbək dilində bölmə ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

8.06.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası