Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Daşkənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışı olub.


Özbəkistanın Daşkənd vilayətinin Nurafşan şəhərində “Dostluq Evi”nin açılış mərasimi keçirilmişdir. Tədbir çərçivəsində Dostluq evində Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışı olub.

Tədbirdə vilayət rəhbəriyyəti, Özbəkistanın elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Qazaxıstan, Türkmənistan, Rusiya, Tacikistan, Qırğızıstan mədəniyyət mərkəzlərinin nümayəndələri, habelə tələbələr və yerli gənclər iştirak ediblər.

Azərbaycan üçün ayrılmış otaqda ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan və Özbəkistan prezidentlərinin görüşlərindən fotolar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın tarixi və mədəniyyətinə dair özbək dilində çap olunan nəşrlər, suvenirlər nümayiş etdirilib. Açılış mərasimində hər bir mərkəz öz xalqına mənsub milli yeməklər və şirniyyatlarını təqdim edib.

Açılış sözü ilə çıxış edən Daşkənd vilayət hakiminin müavini Zokir Əhmədov Özbəkistanda müxtəlif xalqların nümayəndələri üçün yaradılan şəraitdən danışaraq, ölkədə 130-dan çox xalqın nümayəndəsinin sülh və əmin-amanlıq şəraitində, öz milli mədəniyyətlərini qorumaq və inkişaf etdirmək imkanına malik olduğunu qeyd edib. O, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib.

Çıxış edən digər natiqlər çoxmillətlilik, çoxmədəniyyətlilik, tolerantlığın Özbəkistan cəmiyyətinin əsas devizi olduğunu və ölkədə bütün millətlər üçün yaradılan şərait haqqında danışaraq açılışı edilən Dostluq evində Daşkənd vilayətində yaşayan azərbaycan, qazax, qırğız, türkmən, koreya, uyğur, rus, tacik, ümumilikdə 8 millətin öz mədəniyyət mərkəzinin fəaliyyət göstərəcəyindən məmnunluqlarını ifadə etmişlər.

Açılış tədbiri çərçivəsində “Dostluq Evi”nin konfrans zalında qeyd olunan xalqların milli rəqs ansambllarının çıxışı olmuş, onlar öz xalqlarına aid milli rəqsləri ifa etmişlər. Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzi bundan sonra Nurafşan şəhərində fəaliyyət göstərəcək və Mərkəzin sədri azərbaycanlı tanınmış diaspora nümayəndəsi Qalib Müslümovdur.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin ölkəmizə dair əyani vəsaitlərlə təmin edilməsinə xüsusi dəstək göstərib.

10.06.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası