Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Ürgənc şəhərinə gəlib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Özbəkistanın Ürgənc şəhərinə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qarşıladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

İçan-Qala barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Qeyd edildi ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

Muzeydə, həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.
Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.

Sonra Prezidentlər Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

22.06.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası