Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan - Özbəkistan təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi Dostluq Cəmiyyəti ilə müzakirə olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov ilə görüşüb.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra əməkdaşlıqda açılmış yeni imkanlar, Özbəkistan və Azərbaycan ali məktəbləri arasında əlaqələrin daha da genişləndirilməsi, təhsildə keyfiyyətin və səmərəliliyin qiymətləndirilməsi, təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsi məsələləri ətrafında əməkdaşlıq, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin Azərbaycana səfərinin təşkili və Azərbaycanın müvafiq universitetləri ilə görüşlərin keçirilməsi, əlaqələrin yaradılması, Özbəkistanda keçiriləcək Azərbaycan kino günləri və Azərbaycanda keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak və bu tədbirlərə hazırlıq, iki ölkə arasında tarixi dostluq və əməkdaşlığa dair birgə layihələrin icrası müzakirə edilib.

Görüşdə Erkin Nuriddinov uzun illər araşdırmaları ilə ərsəyə gətirdiyi, Azərbaycan-Özbəkistan tarixi dostluğu və əməkdaşlığına həsr olunan monoqrafiyanın ilkin variantını Samir Abbasova təqdim edib və monoqrafiyada əks olunacaq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Monoqrafiya bu il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunması nəzərdə tutulub.

Görüşdə Samir Abbasov Buxara şəhərində dəfn olunmuş tanınmış azərbaycanlı mütəfəkkir Yusif Qarabağinin xatirəsinin əbədiləşdirilməsi və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşəbbüslə çıxış etməyi, müvafiq qurumlarla iş aparılması təklifi ilə çıxış etmiş və bu barədə razılıq əldə olunub.

Qeyd edək ki, Yusif Qarabaği öz elmi və ədəbi fəaliyyəti ilə Orta Asiyada, indiki Özbəkistan ərazisində məşhurlaşmış, dövrünün hörmətli elm və din xadimi olub.

25.08.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası