Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Xorəzm vilayətində yaradılacaq “Ölkələr, millətlər, məşhurlar” adlı muzey-sərgidə Azərbaycan stendi təşkil olunacaq.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkənin tanınmış muzeyşünası, “ELEKTR” şirkətinin təsisçisi və rəhbəri Madamin Saparboev arasında görüş keçirilib.

M. Saparboev Özbəkistanın Xorəzm vilayətinin Ürgənc şəhərində “Ölkələr, millətlər, məşhurlar” adlı muzey-sərgi təşkil edildiyini və yaradılacaq muzeydə xarici ölkələr üçün ayrılmış sahədə müxtəlif ölkələrin dövlət rəmzləri, dövlət və millətləri, məşhurları haqqında məlumatlar, foto və guşələr, eksponatların nümayiş ediləcəyini qeyd edib. O, turizm şəhəri olan Ürgəncdə yerli hakimiyyət tərəfindən artıq müvafiq binanın ayrıldığını da bildirib.

Samir Abbasov Azərbaycan mədəniyyətinə Özbəkistanda daim böyük maraq olduğunu vurğulayaraq Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mərkəzləri, guşələrinin yaradıldığını və bu ocaqların ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib. O, Xorəzm vilayətində “Ölkələr, millətlər, məşhurlar” adlı muzey-sərginin təşkili təşəbbüsünü yüksək qiymətləndirib və sözügedən muzeydə Azərbaycanla bağlı eksponatlar, fotolar və məlumatların hazırlanması və təmin etməsinə dəstək göstərəcəklərini bildirib.

Qeyd edək ki, “Ölkələr, millətlər, məşhurlar” adlı muzey-sərgidə Azərbaycanın dövlət bayrağı, gerbi, dövlət himni, xəritəsi, tarixi abidələrinin maketləri, milli mədəniyyətimizə aid maraqlı guşələr, turizm məkanlarının fotoşəkilləri, məşhur şəxsiyyətləri, Ulu öndər Heydər Əliyev, tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimlərinin portretləri təşkil olunacaqdır.

26.08.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası